Ulu öndərin doğum günü münasibəti ilə

0

Binəqədi rayonunda ümumi rayon iməciliyi, ağac əkmə və gül əkmə aksiyaları keçirilib.

Müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, xalqımızın  ümumi millilideri Heydər  Əliyevin anadan olmasının 94-cü il dönümün ünasibətiilə paytaxtın Binəqədi rayonunda ümumi rayon iməciliyi,ağacəkmə və güləkmə aksiyaları keçirib.

Ulu öndərin doğum günü münasibətiilə  hər ilən ənəvi olaraq təşkil olunan Gül bayramı bu dəfə də maraqlı və yadda qalan olubdur. Gül bayramı ilə əlaqədar may ayının 10-dan başlayaraq rayonun bütün park, bağ və xiyabanlarında İcra Hakimiyyəti Aparatı, YAP Binəqədi rayon təşkilatı, eləcədə bütün idarə, müəssisə və təşkilatların kollektivləri ,bələdiyyələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə  iməciliklər, ağacəkmə və gül əkmə aksiyaları təşkil olunubdur.

Aksiyalar zamanı rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, ərazilərə1600m2 çəmən,3000 çiçək, onlardan 100 alyandra,200  zeytun, 200  eldar şamı, 200 sərv, 200  çinar, 200  şamağacları əkilib.

Eyni zamanda Azadlıq prospekti boyunca təşkil edilən bayram əhval-ruhiyəli ümumrayon iməcliyində  yol boyunca divarlara  rəssam tərəfindən maraqlı küçə incəsənəti (“Street Art”) işlənilib. Məktəblilərin də qatıldığı aksiyada maraqlı anlar yaşanıb.

Ümumrayon iməciliyində çıxış edənlər Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatnın sədri Ramiz Göyüşov qeyd ediblər ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə təşkil olunan ümumrayon iməcliyində əsas məqsəd ulu öndərin hər zaman xüsusi önəm verdiyi yaşıllıqların daha da genişləndirmək, ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdir.

Daha sonra məktəblilər təbiət elementlərinin üzərində əks olunduğu tortu kəsiblər.

Ümumi rayon iməcliyinin ikinci hissəsi 6-cı mikrorayon, məscid yolu ətrafında məktəbəqədər təhsil müəssisələrinin hazırladıqları konsert proqramı ilə davam etmişdir.

Konsert proqramında balacalar şeir söyləyib, mahnı oxuyub və rəqs ediblər.

Bütün dünyanı sülhə, əmin-amanlığa səsləyən balaca fidanlar “Gəlin Həmrəy Olaq”! devizi ilə tədbirə yekun vurublar.

Millixəbər.az 


    

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

7 − seven =