Ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev həmişə xalqının yanındadır

0

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və qeyri-adi şəxsiyyətlərdən biri olaraq bu gün milyonların qəlbində yaşayır. Onun ideyaları əsasında uğurla davam etdirilən islahatlar kursu Azərbaycanın qarşısında yeni perspektivlər açır. Şübhəsiz ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri tarixin yaddaşına qızıl hərflərlə yazılıb. O, xalqımızı ağır vəziyyətdən çıxararaq uğura qovuşdurub, müstəqilliyin dönməzliyini, əbədiliyini təmin etdi.

Müstəqillik illərində Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilərək həyata keçirilən milli inkişaf strategiyası çoxşaxəli, səmərəli olması və dövrün tələblərinə tam cavab verməsi ilə fərqlənirdi. Azərbaycanın uğurları fonunda Heydər Əliyev yolunun qarşıdakı illərdə də daha yüksək zirvələri fəth etməyimizə əsas yaratdığını böyük qürur hissi ilə qeyd edə bilərəm. O, elə bir iqtisadi, siyasi, milli siyasətin bünövrəsini qoyub ki, xalq hər zaman sülh və əmin-amanlıq içərisində yaşayacaqdır. Ölməz ideyalar əsasında uğurla davam etdirilən islahatlar kursu Azərbaycanın qarşısında yeni perspektivlər açır.

Ümummilli lider Heydər Əliyevin çətin vəziyyətdə olan respublikanın gələcək iqtisadi inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiya konkret məqsədlərə çatmağa hesablanmışdır. Hədəflər konkret və dəqiq idi. Heç şübhəsiz, bütün bu nailiyyətlər asanlıqla əldə edilməyib və bugünkü inkişafın, yüksəlişin təməlində milli maraqlara, qlobal çağırışlara uyğun həyata keçirilən uzaqgörən siyasət dayanır. O siyasət ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə davam etdirilir. Bu siyasətin əldə etdiyi nailiyyətlər onu göstərir ki, ki, Ulu Öndər xalqını hər zaman düşünüb və əhalinin maraqlarına uyğun addımlar atılıb. Əlbəttə ki, bunu görməmək mümkün deyil. İndiki çətin dövrdə mərkəz ilə yanaşı Azərbaycanın regionlarında da iqtisadi inkişaf nəzərə çarpacaq dərəcədə sürətlə artır. Əhalinin rahat yaşaması üçün hər bir şərait yaradılır. Sosial sahə artiq prioritet elan edilib.

Ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev həmişə xalqının yanındadır. Bu siyasət çox böyük müvəffəqiyyətlə davam etdirilir və Cənab Prezidentimizlə birlikdə düşmən üzərindəki qəti qələbəmizə doğru irəliləyirik. İnanıram ki, o gün uzaqda deyil!

Aytəkin Ədalət qızı

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşı

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

3 × 3 =