Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konsert

0

Mayın 10-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə R.Behbudov adına 2 nömrəli Onbirillik musiqi məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konsert keçirilib.

Millixəbər.az  bildirir ki, tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, məktəbin müəllim və şagird kollektivi və digər qonaqlar iştirak ediblər.

 Konsert məktəbin xalq çalğı alətləri orkestrinin ifası ilə başlayıb. Daha sonra şagirdlərin ifasında T.Quliyev “Vals”, R.Babayev “Sevimli gözlər”, A.Məlikov “Prelüdiya №3”, S.Fərəcov “Rondoletto”, Y.Vesnyak “Karlson”, S.Fərəcov “Rondoletto”, T.Bilardo ” Faena- Faraon” Azərbaycan və xarici bəstəkarların əsərləri və Azərbaycan xalq rəqsləri səsləndirilib.
Millixəbər.az 


ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

4 × 5 =