Ürək xəstələri hansı idman növlərilə məşğul olmalıdır? – Araşdırma

0

Ürək xəstələri hansı idman növlərilə məşğul olmalıdır? – AraşdırmaÜrək xəstələri hansı idman növlərilə məşğul olmalıdır? – Araşdırma

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, müxtəlif idman növləri ilə məşğul olmaq pasiyentin xəstəliyinə uyğun olaraq aparılmalıdır. Məsələn, müalicəsində diuretik (sidik qovucu) vasitələrdən istifadə edən xəstələr yüksək sürətli idman növləri ilə məşğul olmamalıdır.

Bəs ürək xəstələri hansı idmanla məşğul olmalıdır?

Millixəbər.az  yenicag.az-a istinadən bu haqda olan elmi araşdırmanı təqdim edir:

1. Sürətli yerimək: Vücudumuzdakı bütün əzələləri hərəkətə gətirdiyi və ürəyin ritmini yavaş-yavaş yüksəldib, müəyyən bir tempdə saxladığı üçün bütün dünyada ən ideal və ən asan idman növüdür.

 2. Üzmək: Oynaq rahatsızlığının olmaması və yer çəkiminin təsiri nəticəsində, xüsusilə də diz və çanaq kirəclənməsi olan kilolu şəxslərin də müraciət etdikləri idman növlərindən sayılır.

3. Velosiped sürmək: Aşağı ayaq əzələlərini çalışdırdığı və yağların əriməsində faydalı olduğu üçün inkişaf etmiş cəmiyyətlərdə də ən çox istifadə edilən idmandır.

4. Rəqs etmək: Ani hərəkətləri olmadığı və müəyyən bir tempdə edildiyi üçün rəqs etmək də ürək üçün faydalı məşğuliyyətlərdəndir. Lakin anidən edilən rəqs fiqurlarından uzaq durmaq lazımdır.

5. Meditasiya etmək: Nəfəs borusunu tənzimləyib, stress hormonlarını düşürdüyü üçün sağlamlıq baxımından olduqca faydalıdır.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

four × 3 =