Urmiya gölünün qurumasına biganə yanaşılır İTTİHAM!

0

rwstemxanl;Sabir Rüstəmxanlı: “Soydaşlarımıza qarşı qərəzli siyasət yürüdülür”

“Urmiyə gölünün qurudulması məsələsinə İran İslam Respublikasının biganə yanaşması həmin dövlətin orada yaşayan Azərbaycan türklərinə qarşı apardığı qeyri-obyektiv siyasətin göstəricisidir”. Millixəbər.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, İran höküməti Cənubi Azərbaycanın bölgəsinə sərmayə qoymur: “Azərbaycanlı türklərin yaşadığı bölgələrin inkişafında İran höküməti heç cür maraqlı deyil.  Üstəlik Urmiyə gölünün quruması da bu bölgələrin gələcəyi üçün böyük bir fəlakətdir. Gölün qurumasının qarşısını almaq üçün demək olar ki, heç bir tədbir görülmür. Bu da birbaşa həmin dövlətin soydaşlarımıza qarşı apardığı qərəzli siyasətin bir hissəsidir. Məhz bu baxımdan, İran  özünün maraqlı olmadığı bir məsələyə dünya birliyinin, beynəlxalq təşkilatların müdaxilə etməsinə də yol vermir”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

ten + 5 =