ÜST rəsmisi koronavirusla bağlı layihənin gələcək aqibətindən danışdı

0

“REACT-C19 layihəsi ilə bağlı əldə edilən nəticələr analiz ediləcək. Ondan sonra layihəyə davam etmək və ya başqa fəaliyyətə başlamaqla bağlı qərar veriləcək”.

Oxu.Az-ın məlumatına görə, bunu REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

O qeyd edib ki, belə bir layihə ilk dəfədir icra edilir:

“Bu çərçivədə bir sıra yeni innovasiyalar əldə edilib. Nəticələr bir sıra ölkələr üçün yaxşı təcrübə ola bilər”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

three × four =