Vəfa Allahverdiyeva uzun fasilədən sonra mətbuata qayıtdı

0

Tanınmış jurnalist, bir zamanlar siyasi, analitik yazıları ilə mediada çıxış edən Vəfa Allahverdiyeva uzun fasilədən sonra yenidən mətbuata qayıdıb.

Millixəbər.az Modern.az-a istinadən  xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında bildirib. Vəfa Allahverdiyeva 15 illik fasilədən sonra sevdiyi peşəyə qayıtdığını qeyd edib.

Həmkarımız yeni işi barədə Modern.az-a məlumat verib. O, Jurnalistika üçün çox darıxdığını söyləyib:

“Aylarla depressiyaya da düşürdüm. Qarşımı övladlarım kəsirdi. Nəhayət , qəti qərar verdim. Artıq uşaqlar böyüyüb. Sevdiyim , vaxtilə fanatcasına məşğul olduğum sahəyə mütləq qayıtmalıyam. Özümü inkişaf etdirməliyəm. Çox sağ olsun dostlar. Mənə şərait yaratdılar. Çox sevinirəm ki , jurnalistikaya qayıdışım Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan müəllimi”ndən başlayır”.

Vəfa Allahverdiyeva 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Azərbaycan mətbuatında tanınan imzalardan olub. O, “Şərq”, “Hürriyyət”, “Yeni yüzil” qəzetlərində çalışıb. Vəfa Allahverdiyeva daha çox siyasi təhlilləri ilə diqqət çəkib. Jurnalist 2004-cü ildə ailə həyatı qurduqdan sonra bu sahədən uzaqlaşıb və vaxtaşırı köşə yazıları, analitik informasiyaları ilə mətbuatda çıxış edirdi.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

13 + 5 =