Vətən müharibəsində tibb işçiləri neçə istiqamətdə işləyib? – RƏSMİ AÇIQLAMA

0

“44 günlük Vətən müharibəsində təcili yardımın həkim briqadası üç istiqamətdə cəbhə bölgəsinə göndərilib”.

Bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili yardım operativ və əməliyyat işləri üzrə baş həkiminin müavini Nuridə Fərzəliyeva deyib.

Onun sözlərinə görə, bu briqadalarda 200 həkim olub və onlar növbəlilik prinsipi əsasında işləyiblər:

“Həmin briqadalar cəbhə bölgəsində yaralılara ilk yardım göstərməklə yanaşı, həm də bəzi ağır yaralıları nisbətən kənarda olan şəhər xəstəxanalarına daşıyırdılar”.

“44 günlük Vətən müharibəsində tibb işçiləri böyük həvəslə işləyirdi. Elə tibb işçiləri var idi ki, onlar növbəliliklə işləmək istəmirdi və daim orada qalmaq istəyirdilər”, – deyə o əlavə edib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

14 − 4 =