Vahid Tağıyevlə İmişli təhsili ŞƏFAFLIĞA doğru-DOĞRU SEÇİMƏ DƏSTƏK+İLK İCLAS

0

Nə qədər bu vəzifədə işləyəcəmsə, hər hansı formada rüşvət və bir zamanlar “aylıq” adlandırılan pul söhbəti qəti şəkildə olmayacaqdır.Yalnız dövlətin, o cümlədən Təhsil nazirliyinin qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətlə icrasından söhbət gedə bilər. Millixəbər.az-ın məlumatına görə bunu İmişli Rayon təhsil şəbəsinin müdiri Vahid Tağıyev Şura iclasında çıxış edərəkən deyib.

İmişli Rayon təhsil şəbəsinin yeni təyin edilmiş müdiri Vahid Tağıyev qarşıda duran vəzifələrlə bağlı özünün facebook hesabından paylaşım edib.

DƏYƏRLİ DOSTLAR! ƏZİZ İNSANLAR!
Ünvanıma yazdığınız və dediyiniz yüzlərlə çoxsaylı xoş sözlərə görə hər birinizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm!
Rayon təhsil şəbəsi müdiri vəzifəsinin mənə həvalə edilməsinin bu qədər diqqət çəkəcəyini təsəvvür edə bilməzdim. Var olun!
Bəzi fikirlərimi burada yazmaq nə qədər düzgündür deyə düşündüm və ictimaiyyətə açıq olduğuma görə qeyd edirəm:
Bir neçə gün əvvəl İmişli Rayon İcra Hakimiyyətinin başçısı məni qəbul edərək bildirdi ki, rayon təhsil şöbəsində sağlam mühit yaratmaq lazımdır…
Bu gün şöbənin Şura iclasında məktəb rəhbərlərinə mövqeimi aydın şəkildə çatdırdım ki, nə qədər bu vəzifədə işləyəcəmsə, hər hansı formada rüşvət və bir zamanlar “aylıq” adlandırılan pul söhbəti qəti şəkildə olmayacaqdır. Şəffaflıq iş meyarımızdır!
Yalnız dövlətin, o cümlədən Təhsil nazirliyinin qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətlə icrasından söhbət gedə bilər.
Qarşıdakı dövr üçün vəzifələr barədə çox işgüzar müzakirələrimiz oldu.

Zamin Zeynal Millixəbər.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

sixteen + six =