Vahid Tağıyev:Ölkəmizdə dövlət idarəetməsi təkmilləşdirilir, yeni islahatlar uğurla davam edir

0

Azərbaycanda dövlət idarəçiliyi tarixində yeni islahatlar mərhələsi başlanmışdır.

Vahid Tağıyev

Bu islahatların başında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dayanır. Ölkəmizdə dövlət idarəetməsi təkmilləşdirilir, beynəlxalq tələblər səviyyəsində yeni modelə keçid prosesi sürətlənir.

Bu siyasətin mahiyyətində şəffaflıq, obyektivlik və böyük tərəqqi var! Yeni yanaşma tərzi insanların bacarığının, inellektinin və bütövlükdə insan kapitalının üzə çıxması üçün geniş imkanlar yaradacaq.

Effekti aydın görünən bu islahatların geriyə yolu yoxdur, sağlam çəmiyyət bunu müdafiə edir. Kölgədə, arxada gizlənib, ortada müftəxorcasına mənimsəmə, fəaliyyətsizlik zamanı sona yetir. İndi bütün sahələrdə işləyən hər kəs üzərinə düşən vəzifəni, məsuliyyəti dərg edərək daha çox səmərəli fəaliyət göstərməlidir! Hədəf – sözün geniş mənasında Azərbaycanın hərtərəfli inkişafı və qüdrətinin artması məsələsidir!

Tam səmimi olaraq, bir Azərbaycanlı kimi ölkəmizdə gedən genişmiqyaslı islahatlardan məmnunluq duyur və qürur hissi keçirirəm!

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one × 4 =