Valideynlər uşaqları elə həddə gətirirlər ki, iş hətta intihara sürüklənir

0

“Həyatında ən yaddaqalan günün hansıdır?”, – deyə soruşsalar, az qala taleyinin həll olunduğu, gələcəkdə cəmiyyətdə hansı mövqeyə sahiblənəcəyini tənzimləyən gün-qəbul imtahanı verdiyim o həmin gün”. – deyərdim. TƏLƏBƏ adını qazanmaq çox şərəflidir. Ancaq tələbə olmaq tələbəliyin özü qədər çətin deyil, əslində. Və tələbə olmaq hələ cəmiyyətdəki mövqeyinin müsbət olması üçün tam keçərli deyil. Axı hər oxuyan Molla Pənah ola bilməz… Buna görə imtahan verən abituriyentləri çox yaxşı başa düşürəm. Paylaşılan şəkilləri, ab-havanı görəndə özümün imtahan verdiyim anlar bir daha canlandı gözlərimdə. Abituriyentlərdən çox valideynləri düşünürəm. Çəkdikləri min bir əziyyətlər, streslər, ümidlər, güvənclər…arzu edirəm ki, sonu sevinclə, fərəhlə davam etsin.Hər birinizə uğurlar arzu edirəm, əziz Azərbaycan gəncləri.Lakin, yaxşılıqlar naminə olsa belə, bəzən valideynlər uşaqları elə həddə gətirirlər ki, iş hətta intihara qədər sürüklənir.Bu dəfə sözüm dəyərli, can parası olan valideynlərədir!Bilirəm, hər atılan çabalar övladlarınızın yaxşılığından ötrüdür. Onları çox da sıxmayın, bax bal toplaya bilməsən, evə gəlmə, asacam, kəsəcəmlər, özümü yandıracamları qoyun bir kənara. Çabalarınız, etmək istədiyiniz yaxşılıqlar bu ola bilməz. Tam əksinə. Bu kimi fikirlər imtahanda da onları sərbəst düşünməyə imkan verməyəcək. Gəlin, belə danışaq, nə qədər bəsit olsa da, siz istəyirsiniz ki, övladınız oxusun, təhsil, iş yiyəsi olsun. Gələcək həyatlarında artıq siz olmadıqda özlərini, ailələrini rahat dolandırsınlar, ayaq üstə durmağı bacarsınlar. Ancaq, onlara göstərdiyiniz təzyiqlər ömrü boyu sağlamlıqdan məhdud edə, hətta, həyatdan məhrum edə bilər. Unutmayın, sağlam olmadıqdan sonra, nəyə gərək o universitet, o təhsil… Düzdür, düşünərsiniz ki, bir-iki kəlmə ilə etdiyim hədədən bu qədər böyük ağır nəticələr yarana bilməz. Xeyr! Bəlkə də adi məqamda bu normal ola bilərdi. Ancaq mən özüm də şəxsən imtahan iştirakçısı olmuşam deyə çox yaxşı dərk edirəm ki, onlar hazırda isti günəş altındakı bir ovuc qar kimidirlər. Xırda bir “təkan” onların əriməsinə, məhv olmasına səbəb ola bilər. Sizcə, onlar istəməzmi yaxşı nəticə göstərsinlər… Hətta sizdən də çox istəyərlər yoldaş içinə başıdik, alnıaçıq çıxmağı.Həə, hansısa məqamı unutdum sanki…Onu da siz tamamlayın…

Rahim Mirzəcan

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

sixteen − 11 =