Vaqif Abdullayev:”Müxalifət dövlət başçısının hansısa atacağı addımı, qəbul edəcəyi qərarı səbirsizliklə gözləyir…”

0

…Hər zaman hak-küy, yalan və böhtanla məşğul olan, cəmiyyətdə cəfəngiyyatlar uyduraraq hər dəfə də məyus və ifşa olunan müxalifətin ötən həftə Azərbaycan Prezidentinin səhhəti ilə bağlı dedi-qoduları da sərt sillə kimi üzünə qayıtdı. Bu zavallılar hətta dövlətin başçısının hətta normal məzuniyyətə çıxmaq hüququnun olmasını belə anlamaqda acizdirlər.

… Əsil gerçəklik isə budur ki, Azərbaycan Prezidenti yay aylarında belə istirahətə çıxmadan fəal çalışıb, ölkənin sosial-iqtisadi vəziyyətinə dair geniş müşavirə keçirib, bir sıra mühüm dövlət obyektlərinin açılışında və təməlqoyma mərasimlərində iştirak edib. Bir sıra xarici ölkələrin səfirlərini, dövlət nümayəndələrini qəbul edib. Prezident İlham Əliyev Bakıda avqustun 24-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymi ilə görüşüb, ölkənin siyasi-iqtisadi və sosial həyatı ilə bağlı mühüm əhəmiyyət kəsb edən sərəncam və fərmanlar imzalayıbdır. Sentyabrın 3-də isə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


…Yuxarıdakı xronologiya da təsdiqləyir ki, əksər ölkələrin dövlət başçıları yay aylarında məzuniyyətdə və istirahətdə olduğu müddətdə Azərbaycan Prezidenti öz istirahət hüququnu dövlət işlərinə sərf edib, iyul və avqust aylarında fasiləsiz səmərəli işləyibdir. Təbii ki, hər bir vətəndaş kimi dövlət başçılarının da istirahət etmək, məzuniyyətə çıxmaq hüquqları vardır. Bu, Konstitusiya və qanunlarla onlara verilmiş hüquqdur. Azərbaycan Prezidenti isə öz istirahət hüququnun əksər hissəsini dövlət işinə sərf etməklə xalq üçün, onların daha yaxşı yaşamaları üçün çalışdığını təsdiqləmiş olur.


… Bu mənzərə başqa bir gerçəkliyi də üzə çıxardı, müxalifət və Prezident İlham Əliyevin əleyhdarları belə Onun üçün darıxırlar, dövlət başçısının bir neçə gün qəbul və tədbirlərdə olmamasınından narahatlıq keçirirlər.


… Onlar siyasi gündəmi İlham Əliyevsiz təsəvvür edə bilmirlər, hər gün dövlət başçısının hansısa atacağı addımı, qəbul edəcəyi qərarı səbirsizliklə gözləyirlər. Bu, birmanlı olaraq Prezident İlham Əliyevin yüksək nüfuz və etimadına olan etirafdır, inamdır.

Professor Vaqif Abdullayev

Vaqif Abdullayev adlı şəxsin şəkli.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eighteen + seventeen =