Verilişi bağlanan Mehriban: “Qazın qəbrimi, diri-diri basdırın”

0

ARB TV-də əməkdar artist Mehriban Xanlarovanın aparıcılıq etdiyi “Canım sizə desin” adlı proqram yayımını dayandırıb.

Millixəbər.az yenicag.az-a istinadən xəbər verir ki, aktrisa açıqlamasında bu səbəbdən sarsıntı keçirdiyini bildirib:

“Əsəbdən partlayıram. Bilmirəm, bunlar məndən nə istəyir. Şou veriliş idi, formata uyğun hərəkət etmişəm. Məni o həddə çatdırıblar ki, canım qədər sevdiyim Azərbaycandan getmək istəyirəm. Küçədə üzümə söz deyə bilməyən insanlar arxamca ağızlarına gələni danışıb, təhqirlər səsləndirirlər. “Təhminə və Zaur” serialında çəkilirəm. Belə çıxır ki, orada dodağım kişinin dodağına dəysə, bu camaat məni topa tutar ki, mentalitet var. Axı mən aktrisayam. Niyə çörəyə bais olurlar? Onda qazın qəbrimi, məni diri-diri basdırın”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

two × three =