Vüqar Rəhimzadə: “Kimsə özünü uşaq kimi aparıb, istədiyini edə bilməz”-AÇIQLAMA

0

“Mehman Hüseynovun həbs olunması ilə bağlı kifayət qədər əsaslar olub”.Millixəbər.az-ın məlumatına görə bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor bildirib ki, cinayət törətmiş hər bir şəxs qanun qarşısında öz cəzasını almalıdır: “Bu hadisədən həm daxildə, həm də xaricdə siyasi alver məqsədi üçün istifadə etmək istəyən qüvvələr var. Qətiyyətlə bildirirəm ki, daxili və xarici qüvvələrin əsas məqsədi öz çirkin niyyətlərini həyata keçirməkdir. Əslində özləri də yaxşı bilirlər ki, M.Hüseynov nəyə görə saxlanılıb və məhkəmənin ədalətli qərarı ilə həbs olunub. Ancaq dövlətin qanunlarına hörmətsizlik etməklə öz çirkin arzularını reallaşdırmağa səy göstərirlər.

Təəssüf doğuran hal odur ki, bəzi insanlar oynanılan oyunun fərqinə varmırlar. Bir sıra məqamlarda kortəbii, düşünmədən siyasi oyunlara gəlir, ədalətsiz mövqe sərgiləyirlər. Halbuki, kimliyindən asılı olmayaraq, heç kimin qanunun tələblərinə əməl etməmək səlahiyyəti yoxdur. Kimsə özünü uşaq kimi aparıb, istədiyini edə bilməz. Mehman Hüseynov törətdiyi cinayətə görə, məsuliyyətə cəlb olunub”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

17 + 20 =