Xəyalə Quliyeva: Ən böyük arzum doğma Qubadılıda yaşıyacaq uşaqlarımızı ödənişsiz, təmənnasız müayinə etməkdir

0

Müsahibimiz əslən Qubadlı rayonundan olan, peşəkar həkim pediatr-allerqoloq Xəyalə Quliyevadır.

– Xəyalə xanım ilk öncə sizi doğulduğunuz Qubadlı şəhərinin Ali Baş Komandanın başçılığı və rəşadətli ordumuzun fədakarlığı nəticəsində işğaldan azad oluması münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Bilmək istərdik ki,bir Qubadlılı kimi vətənpərvər,peşəkar həkim olaraq Qubadlı rayonun işğaldan azad edilməsini eşitdikdə hansı hisslər keçirdiniz?

– Öncəliklə diqqətinizə görə təşəkkür edirəm. Bu zəfər sevinci təkcə biz Qubadlıların deyil, eyni zamanda, bütöv Azərbaycanın sevincidir. 1993-cü ilin 31 avqust Qubadlı rayonun işğal tarixi olaraq uşaqlıq yaddaşımında qara bir tarix kimi həkk olunub. O dövrdə baş verən hadisələr, facilər, evimizdə edilən söhbətlər, uşaqlıq xatirələrimə qara həriflərlə yazıldı. Biz hər zaman harada olmağımızdan, yaşamağımızdan asılı olmayaraq böyük əminliklə inanırdıq ki, bu gün gecdə olsa gələcək, şükürlər olsun ki, Ali Baş Komandanımızın başçılığı altında, rəşadətli, ordumuzun hünəri nəticəsinə bu arzu kama, həsrətə, nisgilə əbədi olaraq son qoyuldu. Allaha çox şükür ki, bu qələbə sevincini yaşadıq. Qələbə xəbərini eşidikdə sevinc göz yaşlarını saxlamaq mümkün deyildi.Mənə gələn təbrik zənglərinin sayı hesabı yox idi. İnanın hər zəng ilə arzularım bir anlıqda Qubadlıda aşıb-daşırdı
Yeri gəlmişkən, bu vətən müharibəsində,ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizə allahdan rəhmət diləyir, yaralılarımıza uca yaradan Allahdan şəfalar diləyirəm.
Biz inamla yaşıyaraq, Allaha dualar edirik ki, torpaqlarımız erməni qəsibkarlarından azad edilsin, Şükür Allaha ki, tarixən xalqımıza məxsus vətən torpaqlarımız, babalarımızın bizə əmanət etdikləri əzəli-əbədi yurdlarımız düşməndən azad edilir. Bu vətən sevincini, qələbə zəfərlərini bizlərə, xalqımıza, Türk dünyasına yaşatdıqlarına görə və hər zaman Beynəlxalq diplomatiya sahəsində öz sözünü deyən, səriştəli, qətiyyətli sərkərdə Ali Baş Komandanımıza, milli ordumuzun əsgər və zabitlərinə dərin təşəkkür və minnətarlığımızı bildiririk.
İndi, ən böyük arzularımdan biri də çalışdığım peşə sahəsində olan mövcud imkanlar çərçivəsində doğma,əziz Qubadılya gedib orada yaşıyacaq uşaqlarımızı ödənişsiz, təmənnasız müayinə etmək xidmətini göstərməkdir.
Qubadlının işğalda olduğu dövrdə ruhumu qanadlandıran, hər zaman böyük təsəlli tapdığım və vətənpərvər ruhlu oxduğum, iç dünyamı titrədən, qəlbimi parçalayan, ürəyimi dağlayan bir şeir var ki, onun bir bəndini sizin sayt vasitəsi ilə qəhrəman xalqımıza təqdim etmək istərdim.

Bərgüşad, Həkəri çağlayıb keçdi,
Analar, bacılar ağlayıb keçdi,
Bu nisgil sinəmi dağlayıb keçdi,
Nə durmusan, qalx ayağa, Qubadlı,
Al qisası, keçir intiqam vaxtı. Bəli zaman artıq o zamandır!!!!!

Millixəbər.az: Zamin Zeynal


ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

10 + 2 =