Xalq yazıçısı Allaha yalvarmağının səbəbini açıqladı

0

Bakıda ekoloji durum çox ağır vəziyyətdədir. Mən əvvəllər küləyi, Bakı küləyini xoşlamırdım, indi Allaha yalvarıram ki, külək əssin. Yoxsa “qara hava”dan, iydən, qoxudan nəfəs almaq mümkün deyil.

Mən “Ağ şəhər” deyilən ərazinin yaxınlığında yaşayıram. Amma qara nə varsa, hamısı axıb ora gəlir. İndi Allahıma şükür edirəm ki, nə yaxşı Bakı küləyi var, yoxsa yaşamaq dözülməz olardı.

Millixəbər.az  Oxu.az-a istinadən xəbər verir ki, bunu millət vəkili, Xalq yazıçısı Elmira Axundova parlamentin Əmək və sosial siyasət komitəsinin martın 12-də keçirilən iclasında deyib.

O, xüsusilə şadlıq evlərini sərt tənqid edib:

“Axı bu barədə nə qədər demək, yazmaq olar? Hər gün mətbuat yazır, deyir, amma şadlıq evləri “qara iş”lərindən qalmırlar, “qara hava”larını, tüstülərini buraxırlar, ekologiyanı çirkləndirirlər, insanları zəhərləyirlər.

Hesab edirəm ki, artıq onlarla bağlı daha sərt tədbirlər görülməlidir. Yaxud Dənizkənarı Parkı götürək. Orada qoxudan, mazut iyindən durmaq olmur.

Bu, hər zaman belə olub, indi də belədir. Artıq həmin parkın da vəziyyətinin yaxşılaşdırılması, ekoloji tələblərə cavab verməsi üçün ciddi işlər görülməlidir”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

11 − three =