Xalqımız Heydər Əliyevə bəslədikləri inam və məhəbbəti bu gün Prezidentimiz İlham Əliyevə bəsləyir

0

“Təhsil оcaqlarında gənc­lərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”.

Heydər Əliyev

Aqillər insan ömrünü onun xalqı,vətəni,dövləti üçün gördüyü işlərin miqyası,dəyəri ilə ölçürlər.
Bu baxımdan xalqımızın böyük oğlu,dünya şöhrətli ictimai-siyasi xadim,ümummilli lider Heydər Əliyevin 80 illik ömrü tariximizə qızıl hərflərlə həkk olunmuş, dünya tarixində layiqli yer tutmuş, nadir şəxsiyyətlər cərgəsində dayanmışdır.

İstər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə ümummilli lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermişdir. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, – deyən müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görmüşdür. Böyük dövlət xadimi təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxma­mış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu önə çəkərək demişdir: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”.

Ümumtəhsil məktəblərində qazanılan biliklərin mahiyyətini, mündəricəsini yüksək qiymətləndirən ulu öndər hər bir insanın həyat mövqeyinin formalaşmasında, cəmiyyətdə öz yerini tutmasında orta təhsilin çox böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Ulu öndərimizin aşağıdakı dəyərli fikirləri bu baxımdan səciyyəvidir: “İnsan təhsilinin əsasını orta məktəbdə alır… Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, …cəmiyyətimizin şüurlu üzvü olacaqdır”. Bu mövzunun davamı kimi qeyd edək ki, dahi rəhbərin orta təhsilin qarşısında duran vəzifələrlə bağlı qiymətli tövsiyə və tapşırıqları da bütün zamanlar üçün dəyərini saxlayan əsl fəaliyyət proqramıdır. Xalqımızın böyük oğlu Heydər Əliyev tədris ocaqlarında, o cümlədən orta ümumtəhsil məktəblərində şagirdlərin bütün müvafiq elmlər üzrə zəruri biliklərə yiyələnməsini, onların seçdikləri gələcək ixtisaslara uyğun fənləri daha dərindən öyrənməsini lazım bilmiş, bunlarla yanaşı, istisnasız olaraq hər bir şagirdin mükəmməl bilməsi son dərəcə vacib olan fənləri də ayrıca vurğulamışdır: “Bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən o fənlərdə ki, ixtisaslaşmaq istəyir, onu daha da yaxşı bilməlidirlər… Amma orta məktəblər üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər”.

Ümummilli liderimizin rəhbərliyi,tövsiyəsi ilə hazırlanmış proqramlar,strateji yol Azərbaycan təhsilinin, onun maddi-texniki bazasının uzunmüddətli,dinamik inkişafını təmin etmişdir.
Ulu öndərimizin daxili və xarici siyasəti,iqtisadi plan və proqramları bu gün Heydər Əliyev məktəbinin layiqli yetirməsi, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edir.
Respublikamızın Prezidenti cənab İlham Əliyev ümumilli liderimizin ideyalarını ləyaqətlə davam etdirərək təhsilimizin inkişafına,təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə böyük diqqət yetirir.Azərbaycanın birinci xanımı,Heydər Əliyev Fondunun prezidenti,YUNESKO-nun ,İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyeva bu gün Azərbaycan təhsilinin qayğıkeşidir.

Xalqımız həmişə ümummilli liderimiz Heydər Əliyevə bəslədikləri inam və məhəbbəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyevə bəsləyir, onu daim dəstəkləyirlər.

Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.

 

Dərin hörmətlə,

Rövşən Allahverdiyev

Şirvan şəhər Təhsil şöbəsinin müdiri 

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

1 × four =