Xalqın qəhrəmanı Murad Mirzəyev-VƏTƏNPƏRVƏRLİK (FOTO)

0

QEHREMANAzərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin şəhid hərbi hissə komandiri, polkovnik-leytenant Murad Mirzəyevin əziz xatirəsinə…

Onu tanıdığımda hərbi rütbəsi kapitandı…Təzəcə bu rütbəyə layiq görülmüşdü. Məndən sonra Kərimovlar ailəsinə pənah gətirmiş, bizimlə qohum olmuşdu. Mənim keçdiyim yollardan o da keçmiş qayınatası Səlim müəllimin iş yerinə elçiliyə özü gedmişdi. Mən onun haqqında heç vax keçmiş zamanda danışmayacam, özümə söz vermişəm. O bizim qəlbimizdə, xatirələrimizdə yaşayan canlı əfsanə kimi, Murad kimi daim qalacaq. Muradla rəsmiyyətdə bacanaq olsaq da, aramızda qardaşlıq münasibəti var idi. Muradla oxşar yönlərimiz çox idi. Hər ikimiz eyni zonaya məxsus qonşu rayonlarda doğulmuş, hər ikimiz eyni illərdə Türkiyə Respublikasında (mən universitetdə, Murad alı hərbi akademiyada) təhsil almışdığ.

Yas mərasimində Muradın Türkiyədə Ankara Kara Harp Akademiyasında bərabər təhsil aldığı çoxsaylı yoldaşları iştirak edirdi. Çıxışda onlar mənə yaxınlaşaraq Murad haqqında bildiklərini bizə, ailəsinə, uşaqlarına çatdırmağı özlərində borc bildilər. Dedilər ki, xahiş edirik bunları ailəsinə, uşaqlarına çatdırasınız: Murad bizim təhsil aldığımız dövrdə istər yerli tələbələr, istərsə də əcnəbi tələbələr arasında 600 nəfər arasından birinci seçilmiş, “Onur Başkanı” elan edilmişdi. Göz yaşları içində bunları ailəsinə çatdırmamı istəmişdilər.

Biz Muradı demək olar ki, yaxşı tanımamışdıq. Çünki onun həyatının üçdə iki hissəsi hərbidə, üçdə bir hissəsi isə mülki həyatda keçirdi. İşiylə əlaqədar olaraq bizimlə iş mövzusunda danışmaz, biz də işinə hörmət əlaməti olaraq artıq əksik suallar verməzdik. Özünü elə aparırdı ki, sanki hərbi sahə ilə heç bir əlaqəsi yoxdur, hər hansısa özəl sektorda fəaliyyət göstərir. Halbuki, onun o səssiz baxışlarının altında necə dərin, mənalı bir ömür varmış sen demə… Sadəliyi, böyük kiçik yeri bilməyi, tərbiyəsi, əxlaqı, Azərbaycan xalqına məxsus milli mənəvi dəyərləri özündə birləşdirməsi Onu Murad edən əsas amillərdən idi…

Ailəsinə həddən ziyadə bağlı, çox sadiq bir ailə başçısıydı. Həyat yoldaşı Fizzə, oğlu Nurlan və qızı Dənizlə nəfəs alırdı adətən. Hər dəfə evə gələndə uşaqlarının ona dəqiqələrcə sarılıb, ayaqqabısını çıxarmağa imkan verməməsi illər sonra da xatirələrimizdən silinməyəcək yəqin ki… Ailə içərisində keçirdiyimiz tədbirlərdə, ad günü mərasimlərində Murad işi ilə bağlı ən son təşrif buyuran qonaq olurdu. Süfrənin bir tərəfində ona ayrı yer açılır, çox iştahla yemək yeyər və sonunda hazırlanan yeməkləri mütləq “ellerinize sağlık” deyərək qiymətləndirirdi.

Murad Mirzəyev sözün həqiqi mənasında bizim üçün, gənclərimiz üçün, uşaqlarımız üçün bir vətənpərvərlik nümunəsi idi. Həyatda ən ali məqsədi işğal altındakı torpaqlarımızın, doğma Qarabağımızın düşmən işğalından azad edilməsi idi. Geyindiyi o əsgər formasına o qədər önəm, dəyər verirdi ki…Bir gün rayonda yaşayan qohumlardan biri Fizzədən Muradgilin geymədiyi köhnə əsgər forması istəmişdi. Fizzə Murada bunu deyəndə Murad: “O forma bizim uniformamızdır, onun üstündə şəhidlərimizin qanı, Azərbaycanın bayrağı, mənəvi dəyərlərimiz var. O forma adi iş görülərkən geyiləcək, ucuzlaşdırılacaq forma deyildir. Bir daha məndən belə şey istəmə” demişdi.

Murad gedəndə bizim ailənin qəhramanıydı, gələndə bütün Azərbaycan xalqının, millətinin qəhramanına çevrilmişdi artıq. Qəhramanımızla keçirilən vida mərasimi də, fəxri xiyabanda dəfn olunması da Dövlətimizin Murada verdiyi layiqi qiymətin bariz nümunəsi idi. Xalq öz qəhrəmanını qəbul etmiş, onu öz oğlu, qardaşı, balası kimi bağrına basmışdı. Murad artiq bizim olmaqdan çıxmış, xalqın, millətin, vətənin ən layiqli bir övladına çevrilmişdi. Dəfn mərasimində bir daha bunun şahidi olduq. Biz (yoldaşı Fizzə və ailə üzvləri) məzarlığa gələndə onun məzarına yaxınlaşa bilmirdik. Xüsusi təyinatlılardan birinə Murad Mirzəyevin həyat yoldaşıdı, kömək edin məzara yaxınlaşaq dediyimizdə bizi müşayət edərək məzara qədər gətirdilər. Muradın məzarı başında daha öncə heç tanımadığımız, görmədiyimiz insanlar var idi. Qəhrəman Muradı sahiblənən, onu qəlbində daim yaşadmağa söz vermiş xalqımızın vətənpərvər nümayəndələri. Bizim dərdimizə sahib çıxan bu qardaş və bacılarımızı gördüyümüzdə elə bil ürəyimizə su sərpildi…

Həyat hər şeyə rağmən davam edir…Heçkəs həyatda daimi deyildir. Bu gün bizlər bəlkə 20 il, bəlkə 30 il Allahın bizə yazdığı qədər ömür sürüb bu dünyadan gedəcəyik. Lakin tək təsəllimiz Murad Mirzəyev kimi qəhrəmanlıq salnaməsində öz yerləri olan, vətən uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarının Azərbaycan yaşadıqca, var olduqca yaşayacaq olmasıdır…

 

Ölüm səni seçmədi, ölümü özün seçdin

Şəhidlik şərbətini öz əllərinlə içdin

Sən bu cəsarətinlə ölümsüzlüyə keçdin

Məzarına əyilib daim ucalar başım

Mənim igid qardaşım, mənim Murad qarda

Hazırladı:  M.Həsənov

polkovnik numune murad quvve zirve aile evladlarla

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

5 × three =