İradə Gülməmmədova 100-ə yaxın vətəndaşın fərdi şəkildə qəbulunu keçirdi
Millixəbər.az-ın məlumatına görə bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova 100-ə yaxın vətəndaşın fərdi şəkildə qəbulunu keçirib. Rayon İcra Hakimiyyətinin binasında baş tutan görüşdə sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib və həlli istiqamətində müvafiq addımlar atılıb.
Qeyd edək ki, vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, mübahisəli torpaq məsələsi və digər suallar barəsində olub.