Xanım icra başçı Hökməlidə səyyar qəbulda sakinlərlə, problemlərin həlli yollarından DANIŞDI-FOTOLAR

0

İradə Gülməmmədova Hökməli qəsəbəsində növbəti səyyar qəbul keçirdi

Millixəbər.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmdəovanın rayonun Hökməli qəsəbəsində sayca 6-cı səyyar qəbul-görüşü keçirilib. Qeyd edək ki, icra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə səyyar qəbul və görüşlər keçirməsi öz müsbət təsirini göstərir. Hər yeni təşəbbüs, istifadəyə verilən yeni sosial obyektlər, əhalinin güzəranının yaxşılaşmasına, rahatlığın təmininə yönəlik işlər sakinlərin razılığına səbəb olur.

Rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayan İ.Gülməmmədov səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib.

Abşeron RİH başçısının Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müseyib İbrahimov, Hökməli bələdiyyəsinin sədri Ramil Orucov hesabat xarakterli çıxış edərək gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri və qarşıda duran vəzifələr barəsində məlumat veriblər.

Qəbula gələn sakinlər İradə Gülməmmədovanın vaxtaşırı səyyar qəbul keçirdiyi üçün öz təşəkkürlərini bildirdilər. Bununla yanaşı yeni salınmış məhələlərə su, qaz xəttlərinin çəkilməsi, eyni zamnada qəsəbə daxili yolların cari təmir edilməsi  və digər məsələlərlə bağlı köməklik göstərilməsini xahiş etdilər.

Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə aid verdikləri sualları ətraflı cavablandıran xanım başçı əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayıb.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verildi.

Millixəbər.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

15 + eleven =