Xanım Niftəliyeva: İndi koronavirusla mübarizədə SOSİAL DƏSTƏK ŞƏBƏKƏLƏRİ çox vacibdir

0

Koronavirus yox, məhz onun qorxusu daha ciddi fəsadlar yarada bilər

Millixəbər.az sayıtının  “Həkimlə Biz” layihəsi olaraq,  həkim Psixoloq-psixoterapevt  Xanım Niftəliyevanın facebook səhvəsində paylaşım etdiyi  tibbi maarifləndirici fikirlərini sizlərə təqdim edirik.

Koronavirusla bağlı az və yanlış məlumatlılıq qorxu hissini artırmaqdadır. Biz ətrafımızda dolaşan qərəzli informasiyalara daha çox əhəmiyyət veririk. Hətta bizi əhatə edən ciddi media dövriyyəsi belə buna kömək etmir. İnsanlar hazırkı qeyri-müəyyənliyə və proqnozlaşdırılmayan vəziyyətə zəif reaksiya göstərir.

İngiltərəli psixoloq Dorothy Frizelle koronavirusla bağlı bir nəzarət çatışmazlığı hiss edildiyini deyir. Türkiyənin psixiatriya professoru Metin Başoğlu1999-cu ildə Türkiyədə baş verən güclü zəlzələnin nəticələri ilə koronovirusu müqayisə edərək onlar arasında bir paralellik olduğunu iddia edir. Yəni zəlzələdən sağ qalanların çoxu aylarla açıq düşərgələrdə yaşamağa üstünlük verərək evlərinə qayıtmaqdan imtina edirdilər. Ekspertlər o zaman düşünürdülər ki, insanları evlərinə qayıtmağa təşviq etsələr tez sağalarlar.


İndi koronavirusla mübarizədə sosial dəstək şəbəkələri çox vacibdir. İnandığınız insanlarla əlaqə qurun, inandığınız medianı izləyin. Həkimlərin dediklərinə əməl edin. Əks halda qeyri-rasional düşüncə, çaxnaşmaya rəvac verməyiniz virusun yaratdığı təhdiddən qat-qat böyük ola bilər.

Millixəbər.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

twenty − thirteen =