“Xanımım məni buna qısqana bilməz” – “Fəlakət”

0

“Bizə təkan lazım idi. Hamı subay idi. Düşünürdük ki, belə yaxşıdır, hələ vaxt var. Artıq dostlarımız bu addımı atmağa başlayanda bizə də təsir etdi. Bu barədə fikirləşməyə başladıq. Bir də qismətdir. Hər şey öz vaxtında gözəldir”.

Millixəbər.az-ın məlumatına görə bu sözləri Axşam.az-a açıqlamasında aktyor Elşən Orucov deyib. Rol aldığı “Fəlakət” filminin qalasında sualları cavablandıran aktyor şəxsi həyatından da danışıb:

“Filmin çəkilişləri evləndikdən sonra başladı. İşə o qədər motivasiya olmuşam ki, evlilik prosesini hiss edə bilməmişəm. Çünki çox çətindir. Yaradıcı insanlarda saat, vaxt məsələsi olur, gecə, səhər olmur. Filmin hər prosesində özüm iştirak etmişəm deyə, sırf bu saat işə köklənmişəm.

Xanımım bu işdə mənə dəstəkdir. O da televiziya işçisidir. Əvvəldən bilirdi ki, mən nə işlə məşğulam, necəyəm, həyat tərzim necədir. Məni işimə qısqana bilməz. Bu, normal deyil”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one × 3 =