Xırdalanın su-kanalizasiya çəkilişlərindəki – SON DURUMLA BAĞLI XƏBƏR VAR

0

işlərin vaxtında və tez bir zamanda başa çatdırılması istiqamətinda Abşeron rayon İcra Hakimiyyəti lazim olan bütün tədbirləri həyata keçirir.

Millixəbər.az xəbər verir ki,Hazırda Xırdalan şəhəri ərazisində formalaşan tullantı suları bir neçə pillədən ibarət nasos stansiyası və daşıyıcı kollektorlar vasitəsilə Bakı şəhərinin kanalizasiya sisteminə qoşularaq Hövsan Aerasiya Stansiyasına nəql etdirilir.

Relyef və mövqe baxımından Xırdalan şəhəri və ətrafında yerləşən yaşayış məntəqələri Lökbatan təmizləyici qurğularının tullantı sularının formalaşma hövzəsinə daxildir. Perspektiv layihələrə əsasən bu hövzədə formalaşan tullantı sularının diametrləri 2200-3000 mm olacaq magistral kollektorlar vasitəsilə Lökbatan təmizləyici qurğularına nəqli nəzərdə tutulub.

Xırdalan şəhərinin tullantı sularının idarə edilməsində sabitliyin əldə olunması məqsədi ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən şəhər ərazisindəki mövcud kanalizasiya şəbəkə və qurğuları təftiş olunub və yeni tikilən xətlərin mövcud sistemlə əlaqələndirilməsi istiqamətində müəyyən araşdırmalar aparılıb. Araşdırmaların nəticəsi olaraq perspektiv layihələrin icrasınadək Xırdalan şəhərində formalaşan tullantı sularının müvafiq qaydada nəqli üçün mövcud kanalizasiya nasos stansiyalarında on bir ədəd yeni nasos quraşdırılması, 4057 metr uzunluğunda 1200 mm diametrli polad və 1606 metr uzunluğunda 560 mm diametrli polietilen təzyiqli kanalizasiya xətlərinin inşası, həmçinin şəhər ərazisindəki mövcud 1 və 12 saylı kanalizasiya nasos stansiyalarının yenidən qurulması qərara alınıb, layihədə müəyyən dəyişikliklər edilib.

Qeyd edək ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin safarişi ilə “Inshaatchı”, “Neftchi”, “Kirs” podradçı şirkətləri tərəfindən bu vaxta qədər su təchizatı sistemi istiqamətində podrat müqaviləsi üzrə şəbəkə xətləri 164 484 (97%) metr uzunluğunda inşa edilib. 20 125 ədəd (95%)

ev birləşməsi quraşdırılıb. 11 564 ədəd (93%) isə sayğac qurulub. Kanalizasiya sistemi üzrə 86 201 metr (95%) inşa edilib. 7 540 ədəd (94%) ev birləşməsi quraşdırılıb. Magistral su xətti üzrə 1 676 metr (99%) inşa edilib. Eyni zamanda 10 000 m3 tutumu olan “Abşeron” su anbarıın ümumi tikinti işləri 96% yerinə yetirilib. Eləcə də 10 000 m3 tutumu olan “Masazır” su anbarıın ümumi tikinti işləri 69% yerinə yetirilib. Hazırda 560 mm diametrli polietilen xəttin inşası tamamlanıb, 3 960 metr (98%) 1200 mm diametrli polad təzyiqli kanalizasiya xəttinin inşası yerinə yetirilib. Bu günə qədər 648 000 m2 asfalt örtüyü bərpa edilib.

Bu işlərin vaxtında və tez bir zamanda başa çatdırılması istiqamətinda Abşeron rayon İcra Hakimiyyəti lazim olan bütün tədbirlər həyata keçirilir.

Əsasən 3-4 metr dərinlikdən keçən və diametri 600, 800, 1000 mm olan magistral xətlərin çəkilməsi üçün bütöv yolun qazılması qaçılmazdır. Bu da sakinlər arasında müəyyən narazılıqlara səbəb olur. Çəkilən xətlərin üstü örtüldükdən sonra gələcək fəsadların olmaması üçün xətlərin test edilməsi və ev birləşmələrinin verilməsi də istər istəməz müəyyən zaman tələb edir. Küçə və yolların qazılmasından əziyyət çəkən sakinlərimizin vəziyyəti nəzərə alınaraq Abşeron RİH başçısı İradə Gülməmmədova tərəfindən “Azərsu” rəhbərliyi ilə danışıqlar aparıldıqdan, rayon İcra Hakimiyyətində keçirilən bir neçə müşavirənin nəticəsi olaraq, podratçı təşkilatlar tərəfindən qazılmış və işlər bitən küçələrə asfalt vurulub.

Bir daha qeyd etmək istərdim ki, bərpa işləri ilə bağlı rayon İcra Hakimiyyəti lazım olan öz köməkliyini göstərməkdədir. Su-kanalizasiya ilə bağlı uzun müddətdir problemlər yaşayan Xırdalanımızın gələcək inkişafına, əziyyət çəkən sakinlərimizin problemlərinin həllinə xidmət edəcək bu böyük layihənin növbəti il ərzində başa çatdırılması üçün Abşeron rayon İcra Hakimiyyəti “Azərsu” ASC ilə birlikdə mümkün olan bütün tədbirlər görür və bu iş rayon İcra Hakimiyyətinin ciddi nəzarətində saxlanılır.

Yaranmış narahatlıqla bağlı Xırdalan sakinlərimizdən üzr istəyir və onları təmkinli olmağa çağırırıq.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

ten − one =