YAP-ın deputatlığa namizədi seçicilərə çağırış etdi!

0

Əziz Binəqədi sakinləri, əziz seçicilər!

9 fevralda Milli Məclisə keçiriləcək seçkilərin təbliğat-təşviqat kampaniyası artıq yekunlaşmaq üzrədir. Bu günlər ərzində sizlərlə birlikdə maraqlı, yüksək əhval-ruhiyyəli günlər yaşadıq. Seçkilərə start verildiyi gündən istər imzatoplama mərhələsində, istərsə də müxtəlif formatda təbliğat görüşlərimizdə (Yeni Azərbaycan Partiyasının Seçki Qərargahında və məhəllələrdə) sizlərlə birlik olduq. Hələ bundan öncə 23 dekabrda keçirilən Bələdiyyə seçkilərində də namizəd olduğumu nəzərə alsaq, demək olar ki, noyabrın 30-dan etibarən eyni seçki dairəsinin ərazisində sizlərlə 2 aya yaxındır ki, sıx ünsiyyətdəyəm. Bu müddət ərzində çoxsaylı görüşlərimiz və fikir mübadiləmiz oldu, seçki platformamızı sizlərə açıqladım. Binəqədi rayonu, 6, 7, 8, 9, 9a mikrorayonlarından olan seçicilərlə, eləcə də qadın və gənc seçicilərlə davamlı söhbətlər apardıq. Sizləri narahat edən problemləri, həllini gözləyən məsələləri 20 ildən artıqdır ki, 7-ci mikrorayon sakini kimi, eyni zamanda bələdiyyə üzvünüz və deputatlığa namizədiniz kimi mən də çox yaxşı bilirəm. Binəqədidə həlli vacib məsələlər mənə yad deyil. Sizlərlə görüşlərimiz zamanı bu məsələləri bir daha təhlil etdik, diqqətimə çatdırdınız. Səsləndirdiyiniz təkliflərlə və həllini gözlədiyiniz məsələlərlə bağlı səlahiyyətlərim çərçivəsində sizlərə dəstək olmağa, ölkənin qanunverici orqanında və aidiyyatı səlahiyyətli qurumlar qarşısında təkliflərlə çıxış etməyə hazıram.
Mən Binəqədi rayonunda böyümüşəm, orta təhsilimi bu rayonda almışam, 15 ilə yaxındır ki, bu rayonun ictimai-siyasi, mədəni-kütləvi tədbirlərində yaxından iştirak edirəm. 10 ildən çoxdur ki, Binəqədi Bələdiyyəsinin üzvü, hazırda komissiya sədri kimi bələdiyyənin ümumi iclaslarında daim sakinlərimizin müdafiəsi istiqamətində qərarların qəbul edilməsinə tərəfdar olmuşam, daim onları dəstəkləmişəm. Bələdiyyə üzvü kimi sakinlərimizlə çoxsaylı görüşlərdə bir araya gəlmişik. Gördüyüm işlərə sizlərin verdiyiniz qiymətin və göstərdiyiniz etimadın sayəsində deputatlığa namizədliyimin irəli sürüldüyü ərazi üzrə 3 çağırışdır ki, Bələdiyyə seçkilərində qələbə qazanıram.
9 fevralda keçiriləcək Milli Məclisə seçkilərdə də dəstəyinizi və etimadınızı gözləyirəm. Bu etimadı ən yüksək səviyyədə, yəni sizlərə layiq vəkiliniz olaraq doğruladacam. Dövlətimizi və xalqımızı ən yüksək səviyyədə təmsil etmək mənim üçün böyük qürurdur. Mənə yenidən bu qüruru yaşadacağınıza inanıram. Ümid edirəm ki, bu seçkilərdə də məni tək qoymayacaq, Azərbaycan gəncliyinə səs verəcəksiniz!

P.S. Bütün layiqli namizədlərə uğurlar və qələbə arzu edirəm!

Dərin hörmətlə,
Yeni Azərbaycan Partiyasının 9 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə Deputatlığa vahid namizədi Əliyarlı Kubra Məhəmməd qızı

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

13 + nineteen =