YAP İmişli rayon təşkilatında Ulu öndər Heydər Əliyevin 92 illiyi keçrilib+FOOLAR

0

seffffaHeydər Əliyevin həyatı və fəaliyyəti hər bir Azərbaycan gənci üçün örnəkdir

Millixəbər.az –ın məlumatına görə Ümummilliliderimiz, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə YAP İmişli rayon təşkilatında Gənclər Birliyi və Qadınlar şürasının birgə seminarı keçrilib.

Tədbiri giriş sözü ilə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev açıb. Bildirib ki, Ulu öndərin həyatı və fəaliyyəti hər bir Azərbaycan gənc tərəfindən öyrənilməli və təbliğ edilməlidir. Heydər Əliyevin müstəqil Azərbaycanımızın inkişafındakı tarixi xidmətlərindən geniş şəkildə bəhs edib. Eyni zamanada onu da deyib  ki, Heydər Əliyevin siyasi kursu varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sonra Ulu öndərin dövlətçiliyimizin qurulmasındakı rolundan, gənclərə, qadınlara olan münasibətini ifadə edən  çıxışlar səslənib. İlk söz YAP İmişli rayon Gənclər Birliyinin sədri Ziya Paşayevə verilib. Ziya Paşayev Ulu öndərin Azərbaycan gəncliyinə diqqətindən müstəqilliyimizin inkişafındakı rolundan danışıb. Sonra Şəhər 5  saylı məktəbin müəlliməsi Aynur İbrahimova, YAP İmişli rayon Qadınlar çürasının sədri Validə Zülfüqarova, YAP İmişli rayon Qadınlar şürasının veteran üzvü Telli Zeynalova, YAP İmişli rayon təşkilatının YAP Gənclər Birliyinin idarə heyətinin üzvü, Millixəbər.az İnformasiya Portalının Baş redaktoru Zamin zeynalov Umummillilider Heydər Əliyevin YAP-ın qurucusu  olaraq Azərbaycanın müstəqillik tarixində göstərdiyi mühüm işlərdən söhbət açıblar.  Zamin Zeynalov çıxışında Ulu öndərinin Azərbaycan gəncliyinə örnək dolu cəhətlərindən, qadınlara göstərdiyi diqqət və qayğıdan ağız dolusu danışıb. Bildirib ki, YAP sıralarına daxil olan hər bir gənc özünü xoşbəxt hiss etməlidir Ki, dünya siyasi məkanında özünə məxsus nüfuz sahibi olan müstəqil və müasir Azərbaycanın memarı Heydər Əliyevin banisi olduğu bir partiyada siyasi fəaliyyətlə məşğul olur. Ona görə də YAP-da olmaqdan qürur duymalıdırlar. Əsası Ulu öndər Heydər əliyev tərəfindən möhkəm təməllər üzərində qurulan Müstəqil və müasir Azərbaycan onun siyasi kusunun layiqli davamçısı Dövlət başcısı İlham Əliyev tərəfindən sürətlə inkişaf etdiyini,Gündən-günə ölkəmizin müasirləşirdiyini  xüsusi olaraq qeyd edib. Belə tədbirlərin  gənclərin formalaşmasında  müsbət əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Tədbirin sonunda YAP imişli rayon təşkilatının sədri Səfa Ağayev  pariya sıralarına yeni qoşulan bir qrup gənclərə vəsiqələrini təqdim edib.

Millixəbər.az Nicat Ülfətoğlu

faffaffanetccczaaaaassmerrrrzzzaadqqqettelllllls

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

10 − 8 =