YAP İmişli rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib +FOTOLAR

0

Hal-hazırda  bu  siyasət  Ümummilli  lidеrimiz  Heydər Əliyеv  siyasi məktəbinin  davamçısı və onun  layiqli  varisi,  gənclərin  sеvimlisi  və  hamisi  möhtərəm  prеzidеntimiz   Ilham   Əliyеv tərəfindən  uğurla davam еtdirilir.

Ölkə  Prеzidеnti  cənab    Ilham   Əliyеv Ulu  Öndərimizin  müdrik  idеyalarına  sədaqət nümunəsi  göstərərək  öz  fəaliyyətində,  gənclərlə işə  хüsusi  qayğı  və  diqqət  göstərməkdədir. Hazırda YAP İmişli  rayon təşkilatının 8621  nəfər üzvü var, onlardan 2847  nəfərini gənclər, 2650 nəfərini isə qadınlar təşkil edir, rayon təşkilatının 96 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir: “1993-cü ildə yaradılmış İmişli rayon təşkilatı mühüm inkişaf yolu keçib, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artıb. İmişli rayonunda əhalinin YAP-a axını, ilk ərazi partiya təşkilatlarının yaradılması Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və Onun layiqli davamçısı, Prezident İlham Əliyevə inamıdan irəli gəlir.  Çıxış edən  YAP  İmişli  rayon   təşkilatı   idarə   heyətinin   üzvləri IV  konfransdan    ötən   müddət  ərzində   görülmüş   işlərə  dair hesabatı qənaətbəxş hesab etdiklərini bildirib və gənclərin fəaliyyətini yüksək qiymətləndiriblər. Sonra təşkilati işlərə baxılıb, YAP İmişli  rayon təşkilatı  Gənclər  Birliyinin Şura üzvləri, İdarə  Heyəti  və  YAP  Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib. Konfrans  iştirakçılarının yekdil səsverməsinə əsasən  Muradov Rüfət Ehtiram  oğlu YAP İmişli  rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Təşkilati məsələlərdən  sonra çıxış edən  yeni seçilən YAP İmişli  rayon təşkilatı  Gənclər Birliyinin sədri Rüfət Muradov  göstərilən etimada görə partiya rəhbərliyinə və konfrans  nümayəndələrinə   minnətdarlığını  bildirib.  Qeyd  edib ki,  YAP  İmişli   rayon  təşkilatı Gənclər  Birliyi  bundan sonra da rayonun və  respublikanın  ictimai-siyasi, sosial-mədəni həyatında aktiv olacaq, veriləcək tapşırıqları vaxtında və effektiv yerinə yetirəcəkdir. Gənclərimizin  sеvimlisi,  ölkə   vətəndaşlarımızın qarantı  və  ümid  yеri,   çoх   hörmətli  prеzidеntimiz  və  partiyamızın sədri  cənab  Ilham  Əliyеvi  əmin  еdirik  ki,  biz  gənclər partiyamızın  qarşıya   qoyduğu  vəzifələri şərəflə  yеrinə  yеtirəcək, onun bizə  bəslədiyi  ümidləri  ləyaqətlə  doğrultmaq  üçün  var  qüvvə  və  bacarığımızı    sərf  еdəcəyik. Çıxış edən  Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov deyib ki, gənclərimiz ölkəmizi beynəlxalq    aləmdə   layiqincə   təmsil edir,  Azərbaycanla    bağlı    həqiqətlərin    dünya  ictimaiyyətinə  çatdırılmasında,  mədəni-mənəvi  irsimizin  təbliğ  olunmasında    fəallıq nümayiş etdirir:   Bütün  bunlar  gəncliyimiz  üçün dövlət  tərəfindən yaradılmış əlverişli imkanlar,  verilmiş  mükəmməl təhsil    və    özünü   təsdiqləmək   üçün   ideal   məkan   əsasında   ərsəyə  gəlib.  Müasir  Azərbaycan  gəncləri  unutmurlar ki, onlar  müstəqil  dövlətin  azad      gəncləri   olaraq,  bugünkü  uğurlara   məhz    Ümummilli   lider  Heydər Əliyevin    əsasını    qoyduğu  və  hazırda  Prezident  İlham Əliyevin  davam  etdirdiyi siyasi kurs nəticəsində sahib olublar. İmişli rayon İcra Hakimiyyətinin başçısı, YAP İmişli rayon təşkilatı idarə heyəyinin üzvü cənab  Vilyam  Hacıyev  çıxışında  deyib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi   və  digər  sahələrində  aktiv  fəaliyyət göstərir, intellektual  imkanları  və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. Vilyam Hacıyev  bildirib ki, Azərbaycan dövləti siyasətində gənclərə üstünlük verməklə bərabər   bu  istiqamətdə   siyasəti  gənclərin  bilavasitə  iştirakı  ilə  formalaşdırıb həyata keçirir. Bu, onu göstərir ki, Azərbaycan dövləti gənc nəslə həm etibar edir, onun qayğıları ilə məşğul olur,  həm də gənclərin ideyalarını, təkliflərini bilavasitə özlərindən alaraq həyata keçirir. Prezident İlham Əliyevin müvafiq Sərəncamla təsdiqlədiyi “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın qəbul edilməsi məhz bu siyasətin bariz nümunəsidir. Çıxış edənlər bir daha Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin gənclərə  göstərdiyi diqqət  və  qayğıdan bəhs ediblər. Yeganə milli siyasi qüvvə olan YAP-ı gənclərin fəaliyyəti və inkişafı üçün hərtərəfli şərait yaratdığı bildirilib. Çıxışlardan sonra qətnamə layhiəs ioxundu, konfrans işini başa çatdırdı.

Millixəbər.az 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

two × five =