YAP-ın sədr müavini:”Biz gəncləri irəliyə çəkək, onları təşviq edək ki, YAP-ı parlamentdə təmsil etsinlər”MÖVQE

0

“Azərbaycanda çox savadlı müasir biliklərə yiyələnmiş vətənpərvər hisslərə sahib gənc nəsil formalaşıb. Biz bununla qürur duyuruq”.

 

Millixəbər.az xəbər verir ki, bunu jurnalistlərin suallarını cavablandıran YAP sədr müavini-  icra katibi Əli Əhmədov deyib:

 

“Bu yanaşmadan çıxış etsək, parlament seçkilərində gənclərdən ibarət olan YAP deputat korpusunun formalaşması diqqət mərkəzimizdə olacaq.

 

Azərbaycan xalqının parlamentdə təmsil etməyə ən layiq olan insanlardan söhbət gedir. Biz çalışacağıq bu gəncləri irəliyə çəkək, onları təşviq edək ki, YAP-ı parlamentdə təmsil etsinlər”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

nine + five =