YAP Siyasi Şurasının iclasında Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi tövsiyə edilib

0

Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilib

Səhər saat 11-də keçirilən iclasda YAP Siyasi Şurası və İdarə Heyətinin 100-dən çox üzvü iştirak edib.


Millixəbər.az
xəbər verir ki, iclasda YAP-ın rəhbər strukturlarında təmsil olunan üç nəfər çıxış edib.

Bunlar İdarə Heyətinin üzvü Akif Əlizadə (Yeni Azərbaycan Partiyasının sədr müavini) və Siyasi Şura üzvləri  Hadi Rəcəbli (Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri), Ziyafət Əsgərov (Milli Məclisin sədrinin birinci müavini) olub.

Verilən məlumata görə, onların çıxış etməsi YAP rəhbərliyinin razılığı ilə gerçəkləşib.

Qeyd edək ki, Siyasi Şuranın iclasında Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi tövsiyə edilib. Yekdil qərarla Milli Məclisin buraxılması haqqında ölkə prezidentinə müraciət  qəbul olunub.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

three × 3 =