Yaşıl çayın gözlənilməz təhlükəsi aşkarlandı

0

Yaşıl çay çox faydalı içki sayılır. Lakin bəzi hallarda yaşıl çay və xüsusilə də yaşıl çayın ekstraktı orqanizmə ciddi ziyan vura bilər.

US National Institutes of Health-də çalışan həkim Herbert Bonkovski sübut edir ki, yaşıl çayda olan bəzi birləşmələr qaraciyər və böyrəklərə dağıdıcı təsir edir.

Millixəbər.az medikforum-a istinadla xəbər verir ki, alimin sözlərinə görə, yaşıl çayı ziyanlı məhsul hesab etmək olmaz, onun tərkibində olan bəzi maddələrin faydası bir sıra elmi araşdırmada təsdiq olunub. Lakin uzun illər ərzində qaraciyər problemləri ilə məşğul olan Bonkovksi xəbərdarlıq edir ki, yaşıl çayın tərkibində olan epiqallokatexin-3-qallat maddəsi bəzi insanlarda böyrəklər və qaraciyərin ciddi disfunksiyasına səbəb ola bilər.

Ekspertin sözlərinə görə, hal hazırda elmi ədəbiyyatda 80 belə hadısə qeyd olunub. Belə ki, “profilaktika” məqsədi ilə yaşıl çayın ekstraktını qəbul edən ABŞ sakininin qaraciyərində o dərəcədə ciddi pozulmalar yaranıb ki, ona təcili qaraciyər köçürülüb.

Çoxlu yaşıl çay içən və xüsusilə də bu içkini acqarına istehlak edən insanlar risk qrupundadır. Acqarına içildikdə yaşıl çayın tərkibində olan maddələr daha tez və çoxlu miqdarda mənimsənilir.

Həmçinin kapsullar və ya həblər şəklində olan yaşlı çayın ekstraktının qəbulu da təhlükəli ola bilər.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

six + seventeen =