Yazgül Abdiyeva: TİBB işçilərimiz daima ön xəttdə DAYANIR

0

17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günüdür. 

Bu fikirləri “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru, oftalmoloq  Yazgül Abdıyeva  Bu gün münasibəti ilə təbrik dolu arzu və diləkləri Millixəbər. az-ın əməkdaşına danışıb.

Həkimlik çox nəcib peşədir. İnsanların sağlamlığını qorumaq, onlara sağlam həyat bəxş etmək, yaşatmaq müqəddəs və şərəfli bir vəzifədir. Azərbaycan səhiyyə sistemi gündən günə inkişaf edir. Ölkəmizin səhiyyə ocaqlarında Azərbaycan vətəndaşlarına yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər bir şərait yaradılır.Bu həm səhiyyə müəssisələrinin tikintisi və əsaslı təmiri, həm müasir cihazlarla təchizatı, həm də avadanlıqla, dərman vasitələri ilə təminatına aiddir.
Koronavirus pandemiyasının geniş yayıldığı zamandan, tibb işçilərimiz daima ön xəttdə dayanır. Evlərindən, ailələrindən uzaq qalaraq gecə-gündüz pandemiyaya yoluxan xəstələri müalicə edirlər. Azərbaycanın fədakar tibb işçiləri xəstələrə çox yüksək səviyyədə xidmət edir, onların sağalıb yenidən evlərinə qayıtmaları üçün bütün qüvvələrini sərf edirlər. Bu çətin yolda öz həyatını itirən tibb işçilərimiz də oldu.
Hər çətin yolda öz peşələrini fədakarlıqla yerinə yetirən bütün tibb işçilərimizi səmimi qəlbdən təbrik edir, onlara can sağlığı, uzun ömür, işlərində yeni-yeni uğurlar arzu edirik.

Millixəbər.az 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

four + twelve =