Yorğunluq, əzələ spazmları, depressiya… – Bu maddənin azlığının əlamətləridir

0

Maqnezium elə maddələrdəndir ki, əgər bədəndə çatışmazsa, sağlamlıqda ciddi problemlər meydana gələr.

Bir çox insanlar bunu hiss etmirlər. Hətta nələrin baş verdiyindən xəbərdar deyildirlər.

1. Yorğunluq

Şübhəsiz ki, həddən artıq yorğun olmaq təbii deyildir. Hər birimiz gün ərzində müəyyən işlərə və fəaliyyətlərə görə yoruluruq. Lakin uzunmüddətli və davamlı yorğunluq bədəndə maqnezium çatışmamazlığının əlamətlərindəndir. Əgər kifayət qədər bədənə daxil olmazsa, o zaman bu yorğunluq da bədəndən çıxmaz. Enerjini bərpa etmək üçün maqnezium qəbul etmək lazımdır.

2. Əzələ spazmaları

Əzələ spazmaları – şiddətli ağrılardır. Bu ağrıları kontrol etmək mümkün deyildir. Əzələ spazmaları da maqnezium çatışmamazlığının əlamətlərindəndir.

3. Aritmiya

Maqnezium ürək sağlamlığında böyük rol oynayır. Bu maddə çatışmazsa, bədənin ən mühüm əzələsi olan ürəyə mənfi təsir qoyar. Aritmiya ürək zərbələrinin nizamsız vurmasıdır. Maqnezium ürək zərbələrinin normal şəkildə vurmasını öhdəsinə götürər.

4. Baş gicəllənməsi

Əgər bədənimizdə maqnezium çatışmamazlığı varsa, o zaman baş gicəllənməsi uzunmüddətli olar. Bütün gün ərzində sizi narahat edər.

5. Şəxsiyyət dəyişkənliyi

Təəccüblü görünsə də, şəxsiyyətdə olan ani dəyişkənliklər də maqneziumun çatışmamazlığından irəli gəlir. Təhrikedici olmaq, həyəcanlanmaq kimi.

6. Depressiya

Hər birimiz həyatda çətinliklə üzləşən zaman depressiyaya düşürük. Lakin davamlı şəkildə bu halda olmaq maqneziumun çatışmamazlığından irəli gələ bilər. Əgər davamlı olaraq nigaran və həyəcan içindəsinizsə, deməli belə bir probleminiz vardır.

Milli.Az

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

6 + 6 =