Zəminə Nurayeva: AİLƏMİZİN ŞUŞA HƏSRƏTİNƏ SON QOYULDU

0

Zəminə Nurayeva: AİLƏMİZİN ŞUŞA HƏSRƏTİNƏ SON QOYULDU

Millixəbər. az-ın əməkdaşları “Qarabağ Azərbaycandır” rubrikası çərçivəsində Abşeron rayonu Xırdalan 4 saylı Tam Orta Məktəbin direktoru Zəminə Nurayeva ilə həmsöhbət olublar.

Ötən gün Ali Baş Komandan cənab İlham ƏLİYEV və ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva öncə Fəxri Xiyabana gəlib Ümummilli liderimiz Heydər ƏLİYEVİ sonra müqəddəs Şəhidlər Xiyabanına gələrək vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizi ziyarət etdilər. Prezident cənab İlham Əliyev Şəhidlər Xiyabanından xalqımıza müraciət edərək ŞUŞA şəhərinin azad edilməsi ilə bağlı verdiyi qəlbə müjdəsi bizim ailədə sözün əsil mənasında sevinc göz yaşlarına qərq etdi. Ailəmiz bayram əhaval-ruhiyəsindədir. Həyat yoldaşım ŞUŞAlı oluğu üçün bu xəbər ailəmiz ın böyük sevincinə, xoşbəxtliyinə səbəb oldu.
Bildiyiniz kimin Şuşa Azərbaycanın mədəniyyət beşiyidir, Şuşa xarı BÜLBÜLÜN məskənidir, Şuşanın Cıdır düzü, İsa bulağı gözəllik məkanıdır. Şuşa xanlar, bəylər diyarıdır. Sözün bütün mənasında ŞUŞA cənnət- məkandır.
Azərbaycan muğamının məbədgahıdır.

Ailəmizdə hər il Şuşanın ildönümü dərin hüzinlə qeyd edilirdi.Həyat yoldaşımın Şuşa ilə bağlı xatirələrlə dolu söhbətləri, bu əsrarəngiz təbiətin gözəlliklərindən danışdıqca ailəmizdə bir qəmginlik, nisginlik yaşanırdı.
Həyat yoldaşımın timsalında vətən həstətinin nə qədər acı və dözülməz olduğunu görmək çox çətin idi mənim üçün…
Övladlarımız ŞUŞA ilə bağlı maraqlandıqda deyərdik ki, bir gün gələcək siz özünüz Şuşanını görəcəksiniz. Özünüz o gözəl məmləkətdə xəyallar quracaqsınız.
Allaha çox şükürlər olsun ki, bizə bu sevinc dolu günü möhtərəm Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər ordumuz yaşatdı.
Uca yaradan Allah Ali Baş Komandanımızı və rəşadətli ordumuzu qorusun!

Bu gün bayram, bayrama qarışıb. 9 noyabr ölkəmizdə bayraq günüdür. Üç rəngli ay- ulduzlu bayrağımız, bizim milli qürurumuz, kimliyimiz, şanımız, şöhrətimizdir.
Qəhrəman xalqımızı ŞUŞA bayramı və Bayraq Günü münasibəti ilə ürəkdən təbrik edir, işğal altında olan rayonlarımızında tezliklə azad olunmasını arzu edirəm.

Yeri gəlmişkən ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə, vətən müharibəsində canlarından keçmiş, Şəhidlik zirvəsinə ucalmış qardaş və bacılarımıza Allahdan rəhmət diləyir, yaralılarımıza şəfa taparaq tezliklə sağalmalarını arzulayıram.
#ŞUŞA bizimdir!
#ŞUŞA Azərbaycandır!
#Qarabağ Azərbaycandır!

Millixəbər.az Zamin Zeynal

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eleven − eight =