Zərdabda studiyaya tülkü girdi – YENİLƏNİB – VİDEO – FOTO

0

Zərdabda tülkü rayon sakini Vüsal Rəhimova məxsus video studiyaya daxil olub.

Millixəbər.az EL TV-yə (Region TV) istinadən xəbər verir ki, Vüsal Rəhimov şəhərin Nizami küçəsindəki videostudiyada olarkən oradan naməlum səsin gəldiyini hiss edib. Ətrafa fikir verdikdə onun tülkü olduğunu görüb. O, kamera ilə tülkünün otaqdakı hərəkətlərini çəkməyə imkan tapıb. Əvvəlcə  tək olduğundan qorxan Vüsal sonradan özünü itirmədən tülkünü otaqdan çıxarmağa nail olub.

“Studiyada oturub iş görürdüm. Toy montaj eləyirdim. Bir də gördüm ki, stolun altından səs gəldi. Əyilib, baxdım gördüm ki, tülkü var orada. Durdum, bir az kənara çəkildim. Tülkü başladı orda o yana, bu yana getməyə. Yer axtarırdı çıxmağa”, – deyə videostudiyanın sahibi Vüsal Rəhimov bildirib.

Vüsal Rəhimov bu cür hala birinci dəfədir rast gəldiyini bildirir. O deyir ki, tülkülərə şəhər mərkəzində tez-tez təsadüf olunur. Amma bunun həm də sakinlər üçün təhlükə olduğunu bildirir. Deyir ki, tədbirlər görülməzsə, bu heyvanlar insanlara, xüsusilə də azyaşlılara hücum edə bilərlər. Bildirək ki, son günlər Zərdabın mərkəzi küçələrinə hücum edən tülkülər 50-dən artıq toyuq-cücəni tələf edib. Vüsal Rəhimov bir neçə gün əvvəl tülkülərin onun fərdi təsərrüfatına hücum edərək 20-dən artıq toyuq-cücəni məhv etdiyini bildirib.

———–

08:17

Zərdabda şəhər mərkəzində vəhşi heyvan sakinə hücüm edib

Milli.Az “Report”a istinadən bildirir ki, hadisə axşam saatlarında rayonun Nizami küçəsində baş verib. Belə ki, rayon sakini Vüsal Rəhimov axşam saatlarında özünə məxsus videostudiyada iş gördüyü zaman ofisə tülkü girib.
Vəhşi heyvan ətrafdakı insanların köməyi ilə ərazidən uzaqlaşdırılıb.
Qeyd edək ki, son günlər Zərdabın mərkəzi küçələrinə hücum edən tülkülər ev quşlarını tələf edib. Vüsal Rəhimov bir neçə gün əvvəl tülkülərin onun fərdi təsərrüfatına hücum edərək 20-dən artıq toyuq-cücəni tələf etdiyini bildirib.
Zərdab rayonu Kür çayının sahilindəki meşə massivinə yaxın olduğundan vəhşi heyvanlar son günlər kəndlərlə yanaşı, hətta şəhər mərkəzində də tez-tez görünürlər.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

two + 17 =