Zərifə Quliyeva: Heydər Əliyev müstəqil, güclü, demokratik ölkəmizin fundamentini od-alovun içərisindən çıxararaq qurmuşdur.

0

Zərifə Quliyeva: 15 İyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir.

15 iyun Milli Qurtuluş günü münasibəti ilə “Qurtuluş tariximizdə Ulu öndər Heydər Əliyevin yeri və rolu” mövzusunda Millxəbər. az-ın əməkdaşları YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi YAP təşkilatı İdarə heyətinin üzvü, “Modern ailə və inkişaf ” İctimai Birliyinin sədri, AQSİA İdarə Heyətinin üzvü Zərifə xanım Quliyeva ilə etdiyimiz ictimai-siyasi əhəmiyyətli müsahibəni oxuculara təqdim edirik.

 

Zərifə xanım, Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə idarəçilikdə işləmiş,eyni zamanda ictimai-siyasi fəal Azərbaycan qadını olaraq, 15 İyun Milli Qurtuluş Günü ilə bağlı danışarkən istərdik ki, Heydər Əliyevin qadınların ictimai-siyasi fəaliyyətdə rolunun artırılması yönümündə gördüyü işlərdən və bu siyasi xəttin bu günkü davamından söz açasınız.

-Tarixdə elə günlər, elə hadisələr var ki, böyük bir xalqın, bir ölkənin taleyini müəyyənləşdirir, yeni bir dövrün, həlledici mərhələnin başlanğıcı, istinad nöqtəsi olur. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan 15 İyun Milli Qurtuluş günüdür. Tariximizdə Milli Qurtuluş xalqımız üçün çox dəyərlidir. Milli Qurtuluş Günü sadəcə təqvimdə göstərilən bayram deyil. O, həmçinin, böyük ictimai- siyasi və tarixi sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 İyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm- dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında,müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa- dayaq olan dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevdir.
Ulu Öndər haqqında danışmaq həm çətindir həm də şərəflidir. Tarixi şəxsiyyət Heydər Əliyevin böyüklüyü həm də ondadır ki, hakimiyyətin ona qarşı həyata keçirdiyi təxribatlara, qarayaxma kampaniyasına baxmayaraq, daim xalqının yanında oldu. Azərbaycanın layiqli övladının xalqının çağırışı və dəvəti ilə hakimiyyətə gələn, Qurtuluş dəvəti ilə missiyalı bu qayıdışı Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı. Məhz,Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ilk demokratik prezident seçkiləri keçirildi. 1993 – cü il oktyabrın 3 – də İqtisadi islahatların həyata keçirilməsi istiqamətində böyük addımlar atıldı.
Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onunla bağlı günlər və aylarla danışmaq bəs etməz. Mən özümü xoşbəxt qadın hesab edirəm ki, ulu öndərin hər iki hakimiyyəti dövrünü görmüş və idarəçilikdə çalışmışam. Sovetlər dönəminin də öz çətinlikləri var idi.Heydər Əliyev bu çətinliklərin qarşısında dağ kimi dayanırdı. Xalqımız bu qurtuluşa asanlıqla nail olmadı, çox böyük çətinliklərdən, bir sıra dəhşətli hadisələrdən sonra əldə edə bildi. Ən böyük qurtuluşumuz Heydər Əliyevin yenidən Azərbaycana rəhbər olması ilə oldu. Qurtuluş günü xalqımız üçün ən dərin, ən keyfiyyətli bir bayramdır.Qurtuluş günü ilə xalqımız ağ günə çıxdı. Qurtuluşa qədər Azərbaycan yanır,dağılır, parçalanırdı. Sözün əsl mənasında Azərbyacan xalqı atəş içində yanıb kül olurdu sanki…
Belə bir çətin dövrdə ləyaqətli Azərbaycan xalqı üz tutdu öz liderinə… Xalq yaxşı bilirdi ki, onları bu zülmətdən,qaranlıqdan, tilsimdən, yalnız, Heydər Əliyev çıxarıb aydınlığa doğru apara bilər.

Azərbaycan xalqı hər zaman yanan və dağılan vaxtda Ulu Öndərə üz tutub. O deyərdi ki, “Son damla qanıma qədər xalqıma xidmət edəcəyəm”

Bilirsiniz! Tariximizdə önəmli günlərdən biri də Azərbaycan Xalq Cümuhuriyyətidir. Xalq cümhuriyyəti niyə uzun yaşamadı?.Ona görə ki, o dövrdə yüksək vəzifədə çalışanların sırasında “erməni daşnakları,rus bolşevikləri”… Bunlar imkan vermədilər ki, cümhuriyyətin ömrü uzun olsun! Onlar bilavasitə, özlərinin şovnist niyyətlərini həyata keçirməklə məşğul idilər.Təəssüflə qeyd etmək istərdim ki, bu siyasi proseslər sovet hakimiyyəti dövründə də davam etdirilirdi. Bütövlükdə, Cümhuriyyət xalqımızın müstəqillik tarixində önəmli yer tutur.Hər kəsə bəllidir ki,Ümummilli lider Heydər Əliyev Naxçıvanda Ali Məclisə rəhbərlik etdiyi dövrdə cümhuriyyətdən bizə miras qalan üç rəngli bayrağımızı ilk dəfə qəbul edərək yenidən dalğalandırdı. Ulu öndər Heydər Əliyev Azərbaycana ikinci dəfə rəhbərliyə gəldikdən sonra müstəqillik tariximizin varisi kimi qəbul etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinə böyük diqqət və qayğı ilə yanaşmışdır. Elə, onun nəticəsidir ki,ölkəmiz hər il cümhuriyyət günü ilə bağlı bir çox tədbirlər keçirir və yüksək səviyyədə bu əlamətdar günü qeyd edir.Sevindirici haldır ki, bu ənənə hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Cümhuriyyətin qurucularından biri Məhəmmədəmin Rəsulzadənin üç rəngli bayrağımızla bağlı belə bir kəlamı var. “Bir kərə yüksələn bayraq bir daha enməz” .Mən isə hər yerdə deyirəm və belə hesab edirəm ki, Ulu Öndərimizin gücü ilə yüksəkliyə qalxan, möhtərəm Prezidentimiz İlham Əliyevin siyasəti ilə dünya ölkələrində uca zirvələrə qaldırılan üç rəngli bayrağımız əsirlər boyu heç vaxt enməz.
Heydər Əliyev hələ sovetlər birliyi dövründə, Azərbaycanda birinci katib olduğu dövrdə qadınların ictimai-siyasi proseslərdə iştirak etmələrinə xüsusi fikir verirdi.O dövrdə kalxoz və savxozlarda çalışan əməkçi qadınların Ali sovetə deputat seçilməsi üçün hər cür şərait yaradırdı.Sovetlər birliyinin kəskin dövründə Onun qədər gender bərabərliyinə fikir verən belə bir rəhbər şəxslər çox az idi. Heydər Əliyev hələ sovetlər birliyi dövründə deyərdi ki, qadınlarla kişilər bərabər hüquqlu olmalıdırlar.Heydər Əliyev ikinci dəfə xalqın tələb və təkid istəyi ilə rəhbərliyə gəldikdən sonra qadınlarla bağlı gender siyasətini uğurla davam etdirdi. İlk dəfə o zamankı Ali sovetdə 20 Yanvar faciəsinə siyasi qiymət verdi. Erməni qəsbkarları tərəfindən törədilmiş Xocalı soyqırımını və işğal edilmiş torpaqlarımızın bizə məxsusluğunu bir əlində xəritə, bir əlində xətkeş bəyan edərək dünyaya tanıtmağa nail olurdu.Heydər Əliyev Prezident seçildikdən sonra bir sıra uğurlu yeniliklər etdi.1995-ci ildə ilk dəfə Milli Məclisə seçkilər keçirildi. Ulu öndərin təklifi ilə qadınların Millət vəkili olmaları vacib bilindi,ictimai-siyasi proseslərdə qadınların fəallığına geniş meydan verildi. Onu da vurğulayım ki, bu cür təqdirəlayiq işlərin ardıcıl aparılması Parlamenti aydınlatdı, bununla da parlament mənfur insanlardan təmizləndi.Onu da deyim ki, buna qədər Parlament üzvlərinin böyük əksəriyyəti kişilərdən ibarət idi. Parlament yeniləndikdən sonra qadınlar,uşaqlar,kimsəsizlər haqqında çox böyük qanunlar qəbul edildi.Üm umiyyətlə, hər bir sahədə qadın kişi bərabərliyi olduqca vacibdir.Milli məclisdə elə qanunlar var ki, o qanunlara qadınların təklif və münasibət bildirməsi bu qanunun daha mükəmməl olmasında çox böyük rol oynayır.Qadın hümanistliyi,təkcə zərif olmağı ilə deyil eyni zamanda qadınlar ailədə ,cəmiyyətdə xüsusi funksiyaya malikdirlər.Bu baxımdan qadın Parlamentarilərin olması olduqca vacibdir.
Ulu Öndər çıxışı zamanı demişdir ki, dünyanın hər bir yerində olmuşam.Azərbaycan qadınları kimi sədaqətli, gözəl, bilikli qadın görməmişəm. O deyərdi ki, hər bir irəliyə doğru gedən kişinin arxasında savadlı,iradəli,təmkinli qadın olmalıdır. Bu gün fəxrlə deyə bilərik ki, Böyük şəxsiyyət Heydər Əliyevin qadınlarla bağlı siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam edir. Hal –hazırda müvafiq İcra Hakimiyyətlərində müavin, universitetlərdə prorektor,nazirliklərdə müavin işləyən qadınlar var.Mədəniyyət,incəsənət, təhsil sahəsində böyük əksəriyyətlə rəhbər vəzifələrdə çalışaraq dövlətimizə xidmət göstərən qadınlarımızın sayı artmaqda davam edir.
Ulu Öndərin xüsusi diqqəti və səyi nəticəsində Ailə Uşaq Qadın Problemləri komitəsinin yaradılması 1995-ci ildə dünyanın aparıcı qadınlarının qatıldığı məşhur Pekin konfransında Azərbaycan qadınlarının iştirakı , Ali Məhkəmənin sədrinin qadın təyin edilməsi, Azərbyacanda ilk dəfə olaraq Ombudsman aparatının rəhbər vəzifəsinə Elmira Süleymanovanın təyin edilməsi bir daha onu göstərir ki, Azərbyacan qadınları ictimai-siyasi proseslərin, dövlət idarəçiliyində əsas iştirakçılarından birirdir. Ulu Öndər Heydər Əliyev incəsənət nümayəndələrinə daima diqqətlə yanaşaraq ,yubileylərində iştirak etməklə yanaşı onları səmimi qəlbdən təbrik edərək daha böyük yaradıcılıq işləri görmələri üçün dəyərləndirir və ruhlandırırdı. Ümummilli liderimizin çoxşaxəli fəaliyyətinin nəticəsidir ki, Azərbaycan uğurlu inkişaf yolu ilə daha böyük uğurlara doğru inamla, ilhamla gedir.
Bu bir tarixi həqiqətdir ki, Heydər Əliyev bizim müstəqil, güclü, demokratik ölkəmizin fundamentini 1993-cü ildə od-alovun içərisindən çıxararaq qurmuşdur. Böyük dahinin ideya və düşüncələri ilə qurulan müstəqil Azərbaycanı bu gün onun siyasi kursunu bütün sahələrdə uğurla, ləyaqətlə , yüksək idarəçilik səriştəsi, beynəlxalq diplomatik təcrübə ilə dəyərli övladı cənab Prezidentimiz İlham Əliyev və xanımı ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanım Əliyeva tərəfindən müvəfəqiyyətlə davam etdirilir.
Bu gün Azərbaycan xalqı tam əmindir ki, Azərbaycanın gələcəyi işıqlı və firavandır. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Əliyevlər ocağının ən layiqli yetirməsi cənab İlham Əliyevin əlindədir. Biz Azərbaycan xalqı Heydər Əliyev ideyaları işığında müstəqil Azərbaycanımızın Prezidenti İlham Əliyevlə daha yüksək zirvələr fəth ediləcəyini görürük və buna qəlbən inanırıq.
Bu gün xalqımız ona görə xoşbəxtdir ki, məhz Heydər Əliyevin zəngin ideyalarının davamçısı olan layiqli siyasi varisi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında gələcəyə addımlayırıq. Onun rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar daha da sürətləmiş, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul olunmuşdur. Prezident İlham Əliyev ölkədə insan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. O, Heydər Əliyevin Azərbaycan xalqının milli- mənəvi dəyərlərinin qorunub- saxlanılması və daha da inkişafı etdirilməsi kursunu uğurla həyata keçirir. Ulu öndərin qoyduğu siyasət ölkəmizin Prezidenti cənab İlham Əliyevlə bərabər və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam edir. Çox hörmətli Mehriban xanım özü sanki,bir mərhəmətlik rəmzidir. Hər bir sahəni diqqətində saxlayır. Nəinki, Bakı, Azərbaycanın hər bir guşəsi cənnətə çevrilmişdir. Təhsil, səhiyyə, idman sahəsində, milli dəyərlərimizin qorunması üçün böyük layihələr həyata keçirir. Ölkəmizin hər yerində səhiyyə ocaqları tikilir, təmir olunur, yeni müasir avadanlıqlar alınır, təhsil sistemində böyük uğurlu işlər aparılır. Ölkənin xoş gələcəyi,xalqın rifahı üçün böyük işlər görülür. Dövlətçiliyimizin qoşa qanadı və irəliyə doğru quruculuğumuzun etibarlı təminatçıları olan möhtərəm cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse –prezident Mehriban xanım Əliyeva ölkəmizi qətiyyətlə növbəti yüksəkliklərə aparır. Bütün Azərbaycan xalqının və tərəqqimizin qarantı olan bu birliyə, dövlətçiliyimizin sabahını etibarlı edən bu vəhdətə ürəkdən qoşulur və alqış deyirik.

Millixəbər.az: Zamin Zeynal

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

11 − seven =