Zəvvarlar geri qayıdır

0

Azərbaycanlı zəvvarların birinci qrupunun Bakıya qayıdacağı vaxt məlum olub.

Millixəbər.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən Oxu.Az-a verilən məlumata görə, müqəddəs Həcc ziyarətinin bütün əməllərini bitirən azərbaycanlı hacılar avqustun 21-də Bakıya yola düşəcəklər:

“Ayın 18-də zəvvarlarımız Mədinə şəhərinə gedəcəklər. Orada üç gün qalıb Mədineyi-Münəvvərə şəhərindəki Məscidi-Nəbəvib və Bəqi qəbiristanlığında olacaqlar. İlk qrupun Bakıya yola düşməsi avqustun 21-nə planlaşdırılır. Həmin gün Bakıya ümumilikdə üç reysin təşkil edilməsi gözlənilir. Avqustun 25-nə qədər davam edəcək reyslər gün ərzində iki dəfə planlaşdırılıb. Zəvvarlar arasında yalnız bir nəfər (1950-ci il təvəllüdlü Bəhmən Şükürov) səhhətindəki problemlər səbəbilə dünyasını dəyişib. Digər zəvvarların sağlamlığı tamamilə yerindədir. Azərbaycanlı zəvvarlar Həccin bütün əməllərini yerinə yetirərək hacı olublar”.

Xatırladaq ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılmışdısa, bu il üçün 1400 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti isə ötən illə müqayisədə 75 dollar artaraq, 4225 ABŞ dolları təşkil edib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

fifteen + one =