Zamin Zeynal: Yenilənəcək Milli Məclisə deputatlığa layiq olanlar GƏLSİNLƏR…

0

Ən yaxşı deputat xalqın arasında olmalıdır…

Millət vəkili olmaq istəyən şəxslər nəyi bilməldir və hansı kriteriyalara cavab verməlidir?

Bu suallı ilk öncə deputatlığa iddialı bir Azərbaycan gənci olaraq özümə ünvanlayıram.
Mənim düşüncəmə və qənatimə görə deputat olmaq istəyən şəxslər vətənpərvər,milli ruhlu, savadlı,işgüzar,yenilikçi,çevik,natiq,çoxşaxəli olmalıdır.
Millət vəkili seçildiyi dairənin sakinləri ilə daima təmasda olmalı onların problərinin hüquqi həlli yönümündə aidiyyəti qurumlar qarşısında müsbət həllinə çalışmalıdır. Seçicilərini öz ailə üzvü kimi qəbul etməlidir.imkan daxilində Onların xeyrində,şərində iştirak etməlidir. Dövlət qurumları ilə sıx və səmərəli əməkdaşlıq etməlidir.
Deputat xalqın arzu və istəklərini qanunun verdiyi imkanlar çərçivəsində parlamentdə ifadə etməli,təkiflərlə çıxış etməlidir.
Deputat onu seçənlərin müraciətinə dərhal reaksiya veməlidir. Ən yaxşı deputat xalqın arasında olmalıdır.Bəzən mətbuatda passiv deputalarla bağlı işlədilən Lal deputatlar ifadəsindən fərqli olaraq əsil d
eputat sesiyada və komitə iclaslarında münasibət bildirməli, təklif və lazım gəldikdə iradlarla çıxışlar etməlidir.
Təssüf ki,dövrümüzdə biz bəzən əksini görürük. Elə deputat var ki,insanlar onu tanımır.Çünki Parlamentin iclaslarında nə bir çıxışı,nə də mətuata bir açıqlamsı var.Sadəcə bu cür deputatların işləri iclaslara gəlib -getməkdən başqa bir şey deyil.Deputların əksəriyyəti seçkidən-seçkiyə seçiciləri ilə görüşür.Hesab edirəm ki,bu cür hallara yol verən millət vəkillərinə etimad göstərilməməlidir.

Əziz həmvətənlər! bunları sadalamqda məqsədim məni deputat seçməyinizdə deyil.Çox istərdim ki, yeniləcək parlamentimiz Cənab Prezidentimizin islahatlar və yeniklərə doğru həyata keçirdiyi uğurlu islahatlara tövhə verə bilən, idarətmədə daha çevik,təkmil, bacarıqlı, fayda verməyə qadir olan vətəndaşlarımız parlamentdə təmsil olsunlar.
Mən bir gənc olaraq bu kriteriyalara cavab verməyə,tam məsuliyyətimlə hazıram.

Qismət olarsa 2020-ci il fevralın 9-da Milli məclisə keçirilən seçkilərdə seçici soydaşlarımızın böyük əksəriyyətlə etimadını qazanaramsa,hər zaman onların arasında olaraq xalqımıza layiqli Millət vəkili kimi qulluq və xidmət göstərməyi özümə vətəndaşlıq borcu kimi qəbul edirəm.

Zamin Zeynal,

YAP İmişli rayon təşkilatının siyasi şura üzvü,YAP İmişli rayon Gənclər Biriyinin sədir müavini, Millixəbər.az informasiya portalının rəhbəri 

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

four − two =