Zamin Zeynal:Biz virtual müxalifətə YOX! İLHAMLA İRƏLİYƏ DOĞRU getməyə HƏ deyirik!..

0

Prezident İlham Əliyevin daxili və xarici siyasət xətində Azərbaycan vətəndaşların sosial rifahının yaxşılaşdırılması,iqtidar xalq həmrəyliyi əsas yer tutur, biz gənclər hər birimiz vəzifəmizdən və peşəmizdən asılı olmayaraq Cənab Prezidentin yeniliklər,islahatlar və şəfaflığa doğru fəaliyyətinə dəstək olmalıyıq. Azərbaycan xalqı Əli Kərimlilərin, və onların məsləkdaşlarının 90 ci ilərdə Azərbaycanın başına gətirdikləri xaosu,anarxiyanı,kreslo uğrunda vəzifəyə gəlməklə bağlı dava-dalaşlarını çox gözəl xatırlayırlar.Dövlət Başçısı vəzifəyə təyin etdiyi islahatçı,yenilikçi,ona sadiq etibarlı kadırlarına inanır. Bu fikirləri bu gün YAP İmişli rayon təşkilatının siyasi şura üzvü,YAP İmişli rayon Gənclər Biriyinin sədir müavini, Millixəbər.az informasiya portalının rəhbəri Zamin Zeynal Millixəbər.az-ın “Mövqe” rubirkasına müsahibəsində deyib.

Zamin müəllim son günlər cənab Prezidentin yeniliklərlə dolu islahatlarında gənclərə daha çox üstünlük verməsi sizcə gələcəkdə hansı prespektivlərə yol açır?

-Bildiyiniz kimi Prezident İlham Əliyevin daxili və xarici siyasət xətində Azərbaycan vətəndaşların sosial rifahının yaxşılaşdırılması,iqtidar xalq həmrəyliyi əsas yer tutur. Son iqtisadi müşavirəyə nəzər yetirsək görərik ki, Cənab Prezident Azərbaycanın inkişafı naminə iqtisadi islahatların vacibliyinə diqqət çəkərək kadır islahatları həyata keçirdi.Yeni Baş Nazir və İqtisadiyyat naziri təyin edirək bu sahınin inkişaflna yönəlik tapşırıqlar verdi.Və bu sahəyə əngəl yaradanlara kəskin mesajlar verdi.Dövlətin inkişafı azad və müstıqil iqtisadiyyatın inkişafdan keçir.Cənab Prezidentin əsas hədəflərindən biri də müstəqil iqtisadiyyatın inkaşafını sürətləndirməkdir.

Dövlət Başçısının gənclərlə bağlı siyasətinə diqqət yetirərək qeyd edim ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam edir.Prezident dövlət quruculuğu prosesində gənclərə böyük etmad göstərərək yüksək vəzifələrə təyin etməsi buna ən büyük örnəkdir. Nümnə olaraq bu günlərdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Administrasiyasının rəhbəri təyin edilməsi,  iki gəncin də Xaçmaz və Yevlax rayonlarına icra hakimiyyətinə başçı təyin edilmələri  bunu bir daha təsdiq edir. Biz gənclər hər birimiz vəzifəmizdən və peşəmizdən asılı olmayaraq cənab Prezidentin yeniliklər,islahatlar və şəfaflığa doğru fəaliyyətinə dəstək olmalıyıq.

Son günlərdə özlərini müxalifət adlandıran “Milli şura”və antimilli qüvələrin mitinq keçirmələri ilə bağlı sosial şəbəkə vasitəsi ilə etdikləri çağırışlara münasibətiniz necədir?

-Antimilli qüvəllər adından məlumdur… Prezident İlaham Əliyevin xalq arasında dərin hörmət və nüfuzunu qəbul edə bilməyən, Azərbaycanın inkişafını gözü götürməyən,daxili sabitliyini pozmağa cəhd edən xaricdən bu işləri həyata keçirmək üçün qrantlar alan virtual müxalifətçiklərdir. Azərbaycan xalqı Əli Kərimlilərin, və onların məsləkdaşlarının 90 ci ilərdə Azərbaycanın başına gətirdikləri xaosu,anarxiyanı,kreslo uğrunda vəzifəyə gəlməklə bağlı dava-dalaşlarını çox gözəl xatırlayırlar.Biz bu səriştəsizlərə inammamalıyıq.Bunlara görə QARABAĞA həsrət qaldıq.Bunların yarıtmaz siyasəti nəticəsində nə qədər Şəhidlər verdik, bir milyon soydaşımız öz ata-baba torpaqlarından didərgin düşərək məcburi köçkün həyatını yaşayırlar.Bütün bunların günahkarları bax bu gün azadlıq deyib coşan Əli Kərimlilər deyilmi?.Xalqımız ağı qaradan seçir.O dövrdə İnsanlar öz evlərində rahat yata bilmirdilər.Qorxu,vahimə içərisində yaşayırdılar.İndi inanmıram ki,xalqımız birdə belə ziyanvericilərin yenidən hakimiyyətə gəlmələrinə imkan verələr.Biz birlikdə yalnız İlhamla İrəliyə doğru gedərək dövlətimizi daha da möhkəmləndirməliyik. Biz hamılıqla virtual müxalifətə YOX İlhamla İRƏLİYƏ DOĞRU getməyə HƏ deyirik.

-Zamin müəllim Prezident İlham Əliyev son İqtisadi müşavirəsində dövlətçiliyə fayda verən islahatçı kadrlara qarşı sarı mətbuat orqanlarında aparılan şantaj xarakterli qarayaxma kampaniyaların aparılmasına diqqət çəkməsi media müstəvisində geniş müzakirə edildi.Bir xəbər portal rəhbəri kimi sizin fikrinizi bilmək istərdik nə baş verir?

– Bəli, cənab Prezidentin mediya həsaslığı bizi düşündürməli və bu cür mətbuat orqanlarına qarşı şəfaf münasibəti aşılayan ciddi tədbirlərin görülməsini vacibliyini gündəmə gətirdi. Mətbuatdan alət kimi istifadə edənlər şəxsi maraqlar naminə sosial şəbəkə vasitəsi ilə öz məkrili niyyətlərini həyata keçirməyə cəhd edirlər.

Bu cür düşünüb addım atanlar bilməlidir ki, Dövlət Başçısı vəzifəyə təyin etdiyi islahatçı,yenilikçi,ona sadiq etibarlı kadırlarına inanır və bu kadırların dövlətə faydalı fəaliyyəti göz önündədir. Hesab edirəm ki,dırnaqarası qüvvələrin mənfi rəy yaratmağın heç bir əsas yoxdur. Baxın son bir neçə ayda adı hallananlar sırasında,ictimai-siyasi mövqeyi ilə seçilən dövlət rəsmilərindən biri də Prezidentin ictimai-siyasi məsələr üzrə köməkçisi,professor Əli Həsənov idi. Əli həsənovun bizim onun fəaliyyətini şərh etməyimizə ehtiyacı yoxdur. Həqiqət və ədalət naminə deməlyik ki, Əl Həsənov təmiz əqidəli,dövlətçiliyə sadiq,dövlətin mövqeyin açıq və sərbəst sivil formada ifadə edən dövlət rəsmisidir. O, Prezident aparatında fəaliyyəti dövründə QHT və KİV-lərin peşəkarlığa doğru inkişafına daima xüsusi diqqət göstərmişdir. Hal-hazırda da Cənab Prezidentin ictimai-siyasi kursunu cəmiyyətə doğru yönləndirməkdə öz vəzifə borcunu uğurla yerinə yetirir.

Düşünürəm ki, Əli Həsənov ictimai-siyasi xadim və nümunəvi dövlət rəsmisi kimi gənclərimiz üçün örnək olan bir şəxsiyyətdir. Bu cür qaryaxmalar aparanlar belə şəxsiyyətlərin sağlam və saf mövqeyinə əsla təsir edə bilməzlər. Necə deyərlər “Xalqın gözü tərəzidir”.Xalqımızın dəyərli lideri hər bir Azərbaycanlının Prezidenti İlham Əliyev hər kəsi görür və bilir…

Millixəbər.az Nicat Abbas

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

four + 8 =