Natiq Quluzadə: Uğurlu əməkdaşlıq
Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, dövlətimizin başçısı ilk dəfə 2022-ci ilin sentyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə də iştirak edib. Azərbaycanın bu mötəbər tədbirə artıq ikinci dəfə dəvət alması ölkəmizin Avrasiya məkanında mövqelərinin getdikcə möhkəmləndiyini bir daha təsdiq edir. Zirvə görüşündə etdiyi çıxışında cənab Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət təşkil edir. Azərbaycan özünün coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr sayəsində Avrasiyanın ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı əldə edib. Həmçinin dövlətimizin başçısı Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyətinin Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırıldığını diqqət mərkəzinə çəkdi və bildirdi ki, hazırda Orta Dəhlizin rəqəmsallaşması üzərində çalışmalar aparılır. Bu da qeyd olundu ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır və bu layihənin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu artıq bir neçə müddətdir ki, uğurla fəaliyyət göstərir.
O cümlədən Prezident İlham Əliyev öz çıxışında ŞƏT-ə üzv ölkələrlə Azərbaycanın ikitərəfli formatda da uğurla əməkdaşlıq etdiyini vurğuladı. Qeyd olundu ki, son iki ildə dövlətimizin başçısı Qazaxıstana dörd dəfə səfər edib. Həmin müddətdə Qazaxıstan Prezidenti də Azərbaycana üç dəfə səfər edib. Bu fakt əlbəttə ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.