Zopa və ya kötək “qanun”u: vicdanlı jurnalist...
Nə gözəl səslənir: nəzakətli, ləyaqətli, ədalətli, etikalı jurnalist. Yaxud, sadəcə, belə parametrlərə sahib çiçək kimi insan.
Amma nə qədər hörmət qoyulur belə media nümayəndəsinə? Hörmət deyəndə ağıla qara düşüncələr gəlməsin, günüdür, yeridir, xatırlatmadır.
Partizanlıq etməyən, kötəyi əlinə alıb zoplamayan və ya zıplamayan jurnalistin nəzakət, ədalət, etikası nəyə yarayır?
Tənqidi yanaşmada obyektivliyi gözləyənlərin nə qiyməti var?
“O, yaxşı adamdır”, “üzü yoladır”, “çox gözəl insandır”, “ədəb-ərkanlıdır” və s. bu kimi təriflər yağdırıb bunu etalon, meyar, ölçü vahidi kimi bilənlərin münasibəti gülməlidir və ya kədərli. Ya özlərini səfeh yerinə qoyurlar, ya qarşılarındakını.
Adam nə qədər istəyir işıq, enerji saçsın, alınmır ki alınmır. Çətindir.
Təkcə media sahəsi deyil e, əksər sahələrdə üstün xarakter nümunə, ördək, çaşdım e, örnək kimi təqdim olunur, amma reallıq başqa şeyi deyir.
Reallıq deyir ki, üstün xarakter modeli işə yaramır. Çünki sıravi vətəndaşı da qarşısında dişini qıcayan obraz görməkdə israrlıdır. Yəni dolayısı ilə kötək və ya zopa mexanizmi işə düşməsə, nəsə “müvəffəqiyyət” gözləmə. Ona görə də əksər yarışların qaydaları da lap betər olub. VAR-ı da var, istəyəndə baxırlar. Futboldakı kimi deyirəm.
Bu meyara əsasən yerindən duranlar Elza Seyidcahanın “tikim sizin ağzınızı” prinsipi ilə ayaqlanırlar, əllənirlər... Hələ hop deməmiş, iynə sapı götürüb gözəl naxışları, əl işləri ilə diqqət çəkməyə çalışırlar. Çünki sadə düsturdur: tələb-təklif.
Çox gözəl deyilib: Həyatda ən namərd insan odur ki, qarşısındakından pislik gəlməyəcəyini bilir, ona görə onun haqqında ağzına gələni danışır. “Ağzına gələni danışır” sözlərini bir çox ifadə ilə əvəz etmək olar.
Oxşarlıq var, bilirlər ki, ləyaqətlidir, ona görə də...
Hamısının yollarını bilirik, amma doğrudan da, təəssüf ki, abırlıyıq.
Evdə iki qardaş olur: biri tərbiyəli, biri isə narkoman. Valideynlər bütün günü səfərbər olub ikincisinin qayğısına qalır ki, amandır, uşaq əldən getməsin. Mərifətlisi həmişə ofsaydda qalır, nəhayət, o da üsyan edib özünü səfehliyə qoyaraq valideynlərinin qayğısını görməyə başlayır...
Deyiləsi sözlər kitablıq, dərslik, seminarlıqdır, amma nə fayda...
Bura qədər yetərlidir...
Samir Mirzə
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.