Dövlət başçısı İlham Əliyev iyulun 4-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə görüşündə iştirak etdi. Qeyd edək ki, Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı məsələləri müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzindədir. Cənab İlham Əliyev Zirvə görüşündə çıxış edərək Azərbaycanla ŞƏT arasında mövcud olan münasibəti dəyərləndirdi. Dövlət başçısı ikinci dəfə ŞƏT-in Zirvə toplantısına dəvət olunduğunu deyərək bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirdi. Cənab İlham Əliyev onu da vurğuladı ki, "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Hazırda Azərbaycan tərəfdaşları ilə Orta dəhlizin rəqəmsallaşması üzərində işləyir. Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir. Ölkəmiz həmçinin "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. "Şimal-Cənub" dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda Azərbaycan dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına qonaq qismində ikinci dəfə dəvət edilməsi dövlətimizin dünyada artan nüfuzunun və ona göstərilən böyük etimadın ifadəsi olmaqla bərabər, ölkəmizə bəslənilən ümid və onun gələcəyinə olan inamdır. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın növbəti dəfə iştirakı regional proseslərə qatılmaq və verilən qərarlarda söz sahibi olmaq baxımından çox önəmlidir. Astana Zirvə görüşündə dövlət başçıları ŞƏT-in çoxşaxəli əməkdaşlığını, onun perspektivlərini daha da gücləndirəcək, eləcə də aktual beynəlxalq və regional problemlərin həllinə kömək edəcək geniş spektrli məsələləri nəzərdən keçirdilər. Ümumiyyətlə, ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib platformadır. Prezident İlham Əliyevin zirvə görüşlərində iştirakı və etdiyi çıxışlar ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasını təmin edir. Hazırda dünyanın ən böyük beynəlxalq tədbirlərindən olan COP29-a hazırlıq çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatı ilə ölkəmiz arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində saxlanılır. Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün ardınca Şuşa Zirvə görüşü diqqətdə oldu. İyulun 5-6 tarixlərində Şuşanın ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Azərbaycanın türk dünyasının birliyi, həmrəyliyi istiqamətində atdığı addımlar təqdir edildi. Cənab İlham Əliyev bir daha qeyd etdi ki, türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk dünyasının birliyinin möhkəmləndirilməsində yol xəritəsi kimi dəyərləndirilən Qarabağ Bəyannaməsində də türk dövlətlərinin liderləri dövlətimizin başçısı İlham Əliyevə türk dünyasının birliyi, həmrəyliyi, təhlükəsizliyi və rifahına verdiyi böyük və davamlı töhfəsinə, TDT-nin vahid ruhunun gücləndirilməsində qətiyyətli liderliyinə və Şuşada qeyri-rəsmi Zirvə görüşündə uğurla yekunlaşan müzakirələrə sədrlik etdiyinə görə təşəkkürlərini bildirdilər. Şuşa Zirvə görüşündəki çıxışında Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində doğma torpaqlarını işğaldan azad etməsindən sonra bölgədə sülhün, əmin-amanlığın və əməkdaşlığın inkişafı üçün fürsət yarandığını vurğulayan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz qeyd etdi ki, üç il əvvəl – 2021-ci il iyunun 15-də bu qədim şəhərdə Türkiyə ilə Azərbaycan arasındakı bənzərsiz əlaqələri taclandıran Şuşa Bəyannaməsi imzalandı. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfəri də rəsmi olaraq elan edildi. Azad edilmiş bütün bölgələrdə olduğu kimi, Şuşadakı inkişaf və tərəqqini qürurla müşahidə edirik. Bir daha “Qarabağ Azərbaycandır!” və həmişə də Azərbaycanın olaraq qalacaq. Biz lap əvvəldən bu Zəfəri təkcə işğalın sonu deyil, Cənubi Qafqazda sülh, sabitlik və rifah yolunda tarixi bir fürsət pəncərəsinin açılması olaraq gördük. Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olması təkcə bölgə ölkələri üçün deyil, regional nəqliyyat xətlərinin açılacağı səbəbindən qlobal təhlükəsizlik və kommunikasiyalar baxımından da böyük önəm daşıyır. Bu xətlərin açılması regional əməkdaşlığı gücləndirərək Orta Asiya, Qara dəniz və Xəzər dənizi hövzələri də daxil olmaqla, bütün Türk dünyası üçün böyük imkanlar yaradacaq, yeni fürsətlər Həbib Cəfərov, YAP Astara rayon təşkilatının sədri
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.