Bu səfər qardaşlıq münasibəti kimi tarixləşəcək
Dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycanı dünyanın əksər dövləti rəsmən tanıdı. Pakistanla Azərbaycan arasında qarşılıqlı etimada, etibara, ehtirama və inama əsaslanan ikitərəfli əlaqələr yarandı. Bu əlaqələrin şəbəkəsi genişləndi, sosial həyatın bütün sahələrini əhatələdi. İndi bu iki dövlət arasında siyasi, iqtisadi, mədəni münasibətlər yüksək səviyyədə dəvam etdirilir.
Cari ilin 11 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistana dövlət səfəri də bunun təsdiqidir.
Pakistanla Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsinə dair 15 sənəd imzalanıb. Xarici işlər nazirləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, tranzit və preferensial ticarət, mineral ehtiyatlar və geologiya, informasiya texnologiyaları və kommunikasiyalar, elm və texnologiyalar, kiçik və orta sahibkarlıq və digər sahələr üzrə sazişlər, həmçinin 2024-2029-cu illər üzrə mədəni mübadilə proqramı imzalanıb.
Prezident İlham Əliyev qeyd edib ki, iqtisadiyyat, ticarət və sərmayələr sahələrində güclü əlaqələr qurulacaq, qarşılıqlı ticarətin həcmi artırılacaq. Bu məqsədlə ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddə müəyyən edilib və bu yalnız başlanğıcdır.
Pakistan həmişə işğalçı Ermənistandan Azərbaycanın işğal etdiyi əraziləri azad etməyi tələb edib. Pakistan Ermənistanla hələ də diplomatik münasibətlər qurmayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ehtiramla deyib ki, Pakistan həmişə Azərbaycanın yanında olub, İkinci Qarabağ müharibəsində Azərbaycanın mövqeyini- apardığı ədalətli müharibəsini dəstəklədi.
Pakistanın Baş naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistana bu səfərini qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində əhəmiyyətli olacağını qeyd etmişdir.
Pakistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işlərində iştirak etmək üçün müraciət edib. Bu müraciət də qardaşlığın təzahürüdür.
Bu səfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sülhə söykənən xarici siyasətinin mahiyyətini ifadə edir və səmimi qardaşlıq münasibəti kimi tarixləşəcək.
Səbinə Xasayeva,
Milli Məclisin deputatı
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.