
Gündəm / Siyasət / Dünya
19.10.2026, 20:25
Qazaxıstanda hakimiyyət çevrilişi üçün Japarovdan kömək istədilər

Qazaxıstanlı mühacir müxalifətçi Muxtar Ablayazov altı il əvvəl Qırğızıstan Prezidenti Sadır Japarova Qazaxıstanda inqilaba hazırlıq məqsədilə ölkəsinin ərazisindən istifadə etməyi təklif edib.
Millixeber.az Teleqraf - a istunadən xəbər verir ki, bu barədə Qırğızıstan dövlətinin başçısı yerli mediaya müsahibəsində danışıb.
Japarovun sözlərinə görə, 2020-ci ilin payızında Qırğızıstanda baş verən və Prezident Sooronbay Jeenbekovun istefası ilə nəticələnən inqilabi hadisələr zamanı Ablayazov ona zəng edib:
“Bir-iki dəqiqə ərzində məni təriflədi, sonra dedi: “Səndən bizə kömək etməyini xahiş edirəm. İcazə versən, Bişkekə uçacam, orada qalaraq Qazaxıstanda inqilab təşkil edəcəm”.
Ablayazov həmçinin Qırğızıstan vətəndaşlığına malik olduğunu söyləyib.
“Ona belə cavab verdim: “Birincisi, mən qonşu ölkələrin siyasətinə müdaxilə etmirəm. İkincisi, sizə görə Qazaxıstanla münasibətlərimi korlamayacam. Yaxşı olar ki, gəlməyəsiniz, öz işlərinizlə məşğul olun”. Bununla da söhbət bitdi, cəmi iki dəqiqə danışdıq”.
Japarov Ablayazovun guya ondan pul istəməsi barədə dediklərini təkzib edib:
“Bu, həyasızcasına deyilən yalandır. İnqilab baş vermişdi, mən artıq hakimiyyətə gəlmişdim. Həmin günlərdə pula ehtiyac yox idi”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
















