Gündəm / Siyasət / Dünya

Melanşon: Avropanın ən böyük ordusunu yaradan Almaniya kiminlə müharibəyə hazırlaşır?

28.11.2026 23:58 23
Melanşon: Avropanın ən böyük ordusunu yaradan Almaniya kiminlə müharibəyə hazırlaşır?


Fransanın solçu “Tabe Olmayan Fransa” partiyasının sədri və prezidentliyə namizəd Jan-Lük Melanşon Almaniyanın hərbi imkanlarının genişləndirilməsi ilə bağlı narahatlığını ifadə edib.

Millixeber.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, Berlinə səfəri zamanı danışıb.

Siyasətçinin fikrincə, Avropanın ən böyük konvensional ordusunun yaradılması təhlükəsizlik sahəsində yeni problemlərə səbəb ola bilər.

Jan-Lük Melanşon tənqidinin alman xalqına qarşı yönəlmədiyini, Almaniyanın sağçı hökumətinin siyasətini və iqtisadi modelini hədəfə aldığını iddia edib.

“Almaniya Avropanın ən böyük konvensional ordusunu yaratmağa qərar verərsə, bizim bu sualı vermək üçün sadəcə hüququmuz deyil, həm də öhdəliyimiz var: kiminlə müharibə aparmağa hazırlaşırsınız? Üçillik tənəzzüldən sonra Almaniya iqtisadiyyatının hazırkı istiqamətinin hərbi istehsala yönəlmiş iqtisadiyyata çevrilməsi bizim üçün qəbuledilməzdir. Bu, onların alman olması ilə bağlı deyil, çünki hərbi iqtisadiyyat müharibəyə aparır”, - Fransa prezidentliyinə namizəd əlavə edib.