
Gündəm / Siyasət / İqtisadiyyat / Dünya
20.10.2026, 23:30
Tamaş Torma: Macarıstan Azərbaycan iqtisadiyyatına 2 milyard dollar investisiya yatırıb

Macarıstan Azərbaycan iqtisadiyyatına təxminən 2 milyard ABŞ dolları həcmində investisiya yatırıb.
Millixüber.az Teleqraf - a istinadən xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Macarıstanın Milli Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda bildirib.
Diplomat qeyd edib ki, Macarıstan Azərbaycanın ən mühüm investorlarından biridir:
“MOL və MVM şirkətləri ölkədəki əsas neft-kondensat və təbii qaz yataqlarında mülkiyyət payları əldə ediblər. İki ölkə arasında iqtisadi əməkdaşlıq bərpaolunan enerji, kənd təsərrüfatı, əczaçılıq və su təsərrüfatı sahələrini də əhatə edir”.
O bildirib ki, Azərbaycan və Macarıstan yaşıl enerji dəhlizi layihəsinin iştirakçılarıdır:
“MVM şirkəti isə “Şəfəq” Günəş Elektrik Stansiyasının səhmdarlarından biridir”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
















