Gündəm / Siyasət / Aktual / Dünya

Marko Rubio: Tramp ABŞ Prezidenti olduğu müddətdə İranın nüvə silahı olmayacaq

21.10.2026 11:51 13
Marko Rubio: Tramp ABŞ Prezidenti olduğu müddətdə İranın nüvə silahı olmayacaq


"ABŞ İranın nüvə silahına əldə etməsinə yol açan heç bir razılaşmanı dəstəkləmir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio deyib.

“Donald Tramp ABŞ Prezidenti olduğu müddətdə İran heç vaxt nüvə silahına sahib olmayacaq”, - o bildirib.

Rubio həmçinin əlavə edib ki, Vaşinqton Tehranla vasitəçilik səylərini alqışlasa da, istənilən təklifin qəbul edilib-edilməməsi ilə bağlı yekun qərarı ABŞ Prezidenti verir:

“Bir neçə ölkə artıq bir müddətdir Tehranla danışıqlar aparır və müxtəlif təkliflər irəli sürüb. Qətər də uzun müddətdir bu məsələdə fəal iştirak edir”.