Gündəm / Elm və təhsil
83 nömrəli məktəb-liseydə 67 balaca məktəb həyatına ilk addımını atdı+FOTO

83 nömrəli məktəb-liseydə məktəbəhazırlıq qrupları üzrə məşğələlərə başlanılıb.
Millixəbər.az xəbər verir ki, cari tədris ilində məktəbəhazırlıq qruplarına 67 uşaq qəbul olunub.
Məktəbəhazırlıq mərhələsinin əsas məqsədi uşaqların məktəb mühitinə uyğunlaşmasını təmin etmək, ilkin bilik və bacarıqlarını formalaşdırmaq, eləcə də onların öyrənməyə marağını artırmaqdır. Məşğələlər zamanı uşaqların ünsiyyət, müstəqil fəaliyyət və sosial bacarıqlarının inkişafına da xüsusi diqqət yetirilir.
Məktəbəhazırlıq qrupları uşaqların gələcək təhsil həyatına daha inamla başlamasına və məktəb mühitinə asanlıqla uyğunlaşmasına zəmin yaradır.


