Gündəm / Sosial

İcra başçısı onlara vəzifə verdi

03.11.2026 17:21 16

Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatları olub.
Millixəbər.az-ın əldə etdiyi xəbərə görə, icra başçısı Elxan Allahverdiyev bununla bağlı müvafiq əmrlər imzalayıb.

Əmrlə, Ceyhun Seyidov İcra Hakimiyyətinin Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun baş məsləhətçisi vəzifəsinə gətirilib.

Əvvəllər həmin postda Namiq İbadzadə çalışıb. O, ötən ay işdən çıxarılıb.

İcra başçısının digər əmri ilə Bahadur Babayev qurmun inzibati işlər sektorunun aparıcı məsləhətçisi təyin edilib.

Xatırladaq ki, sözügedən vəzifə vakant idi.