[center]
Dövlət Gömrük Komitəsinin sabiq sədri general-polkovnik Aydın Əliyevin keçmiş gəlini ailə ilə bağlı ağır ittihamlar səsləndirib. Rada Musayevanın iddiasına əsasən, A.Əliyevin oğlu olan keçmiş həyat yoldaşı Orxan Əliyev atasının nüfuzundan istifadə edərək ondan aliment tələb edir. Qadın bildirib ki, icraçı ona hədə formasında zəng edərək 7 200 manat gətirməyini tələb edib.
"Qafqazinfo" məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanlayıb.
Qurumdan belə cavab verilib: "Bakı şəhəri Səbail Rayon Məhkəməsinin mülki iş üzrə 26.07.2024-cü il tarixli qətnaməsinə əsasən Rada Musayevadan Orxan Aydın oğlu Əliyevin xeyrinə azyaşlı uşağın saxlanılması üçün 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək 3 illik müddət üçün cəmi 7 200 manat məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilib.
Qətnamənin icrası ilə bağlı icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilib. İcra vərəqəsində nəzərdə tutulan məbləğin ödənilməsi borclu Rada Çingis qızı Musayevadan tələb edilib, lakin borc ödənilməyib. İcra vərəqəsində nəzərdə tutulan məbləğ borclu tərəfindən ödənilmədiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.08.2024-cü il tarixli qərarı ilə Rada Çingis qızı Musayeva Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat miqdarında inzibati qaydada cərimə edilib".
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sabiq sədri general-polkovnik Aydın Əliyevin keçmiş gəlini Rada Musayeva ayrıldığı həyat yoldaşı Orxan Əliyevin ondan aliment tələb etdiyini iddia edib.
Aydın Əliyevin oğlu keçmiş arvadından aliment tələb edir? - Ədliyyə Nazirliyindən CAVAB
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.