Azərbaycan gəncləri Malayziyadan qələbə ilə qayıtdı +FOTOLAR
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Malaziyanın paytaxtı Kuala Lumpurda keçirilən “World Chefs Continental” Çempionatında iştirak edən Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının rəhbərlik etdiyi Azərbaycanın gənclərdən ibarət aşpazlar komandası yüksək nəticələr əldə ediblər.
Millixəbər.az xəbər verir ki, Ökəmizi təmsil edən “Sensum” komandası Kuala Lumpurda keçirilən dünya çempionatındakı fərdi çıxışlarda 3 qızıl və 7 gümüş medal, həmçinin komanda yarışlarında Gümüş Kubok qazanıb.
Bu yarışda ölkəmizi təmsil edən “Sensum” gənclər komandası Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəkçilərindən olduğu və Bakı Ekspo Mərkəzində keçirilən “Qızıl Şah” Milli Çempionatının da qalibidir. Gənclər və İdman Nazirliyi tərəfindən mütəmadi olaraq gənclərin müxtəlif istiqamətdə olan beynəlxalq tədbir və səfərlərdə iştirakı dəstəklənir, dünya təcrübəsinin öyrənilməsi, uğurlu gənclərin tanıdılması istiqamətində işlər görülür.
Assosiasiyanın icraçı direktoru, Milli Çempionatın icraiyyə komitəsinin rəhbəri Fərhad Aşurbəyli qeyd edib ki, “Milli Çempionatın qaydalarına əsasən, gənclər arasında qalib gələn komanda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə beynəlxalq çempionatda iştirak etmək üçün lisenziya alır. Bu, üçüncü ildir və üçüncü gənclər komandasıdır ki, lisenziya əldə edir. 2022-ci ildə Sinqapurda və 2023-cü ildə Kuala-Lumpurda yarışan əvvəlki komandalar da yüksək nəticələr göstərib. lakin bu il bizim üçün xüsusilə uğurlu oldu. Bu il Altay Qəribov, Cəlal Məmmədov, Ömər Qəribov və kapitan Yevgeni Morqunovdan ibarət komanda öz yeməklərində həm Asiya, həm də milli motivlərdən istifadə edərək, 15-dən çox ölkədən olan hakimlərin diqqətini cəlb edən unikal simbioz yaradıb. Həmçinin, Assosiasiyanın sədri, bütün komandaların baş məşqçisi Orxan Muxtarov da dünya çempionatına dəvət olunmuş hakimlərindən biri olub. Beynəlxalq Kulinariya Cəmiyyətləri Assosiasiyası - Worldchefs” 100-dən çox ölkədə mütəxəssisləri birləşdirən beynəlxalq təşkilatdır.”
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.