Falçı əliylə evlənənlər,boşananlar hətta işə düzələnlər də olur. Cəmiyyətimizdə dələduz ekstrasenslərin toruna düşənlərin sayı kifayət qədərdir.

Ekstasenslərin, öncəgörənlərin əsaslandığı və elm adlandırdığı astrologiyadır ki, bunun da nə dini, nə də elmi əsası yoxdur. Çünki astrologiya əvvəlcədən yazılan taleyə, yəni alın yazısına əsaslanır, bu da İslama və xristianlığa tamamilə ziddir və hətta kafirlikdir…


-Bəli, kafirlikdir. Çünki İslamın və xristianlığın, ümumiyyətlə səmavi dinlərin 3 fundamental prinsipindən biri Qiyamət günü, cənnət və cəhənnəmlə bağlı inanclardır. Yəni sən bu dünyada etdiklərin üçün nə vaxtsa, hardasa cavab verməli olacaqsan. Doğrudur, bu fərziyyəni elmi cəhətdən izah etmək çətindir, amma əsas onun mənəvi tərəfidir. İslamın da, xristianlığın da əsas mənəvi dəyərləri - günah etməmək və qadağalara əməl etmək bu inanclara söykənir. Alın yazısı isə isə bütün bu inancların üstündən xətt çəkmək cəhdidir.
Bu yaxınlarda redaksiyamıza mürüciət edən bir xanım tanınmış ekstrasens Etibar Nəsiblinin yanında olduğunu və müxtəlif məsələlərin həllində ona kömək etməsini istəmişdir.
Xanımın dediyinə görə, elə qapıdaca ödəniş etmiş və bir neçə saat gözlədikdən sonra falçının qəbuluna düşmüşdür. Falçı ordan burdan suallar verdikdən sonra onun bəxtinin hər tərəfdən bağlandığı və həyatının qaranlıq olduğunu demişdir.Buna görə müəyyən məbləğin qarşılığında onun düyünlərini açacağını söz vermiş və beş dəqiqə "Quran"oxumuşdur.
Adının çəkilməsini istəməyən xanım qeyd edir ki,əslində elə bir ciddi problemim yoxdur,sadəcə bir iş barədə fikirlərini öyrənmək istəmişdir. Belə qənaətə gəlmək oar ki, bu kimi qadınlar falçıların toruna düşür və külli miqdarda pullar xərcləyir.
Məlum olduğu kimi, ekstasenslərin qəbuluna bir-iki gün əvvəl yazılırlar. Bu müddətdə də onların koməkçiləri, asisentləri müştəri haqqında müəyyən məlumatlar toplayır. İndiki internet və informasiya texnologiyaları dövründə bu, çətin məsələ deyil. Avropanın bütün ölkələrində, artıq Rusiyanın özündə də vətəndaşlar haqqında məlumat bazaları var. İnternetdə ad, familiyanı verməklə, müəyyən məlumatları almaq olar. Amma əsas bunlar da deyil, əsas müştərinin psixologiyasını bilmək, onun qəlbinə girməkdir. Yaxşı ekstasens yaxşı bilir ki, müştərinin cibinə aparan yol onun qəlbindən keçir.

Bütün dələduzların və onların arxasında duranların, fərqi yoxdur, istər yerli, istər də beynəlxalq miqyasda olsun, bir məqsədi var: insanları aldatmaq və çoxlu pul qazanmaq...Ümid edirik ki, bəzi cahil insanların hesabına varlanan bu kimi fırıldaqçıların qarşısının alınması üçün tədbirlər keçiriləcək.

Ülviyyə Alxasova

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər